Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Albert Aqarunovun 50 illiyinə həsr edilmiş konsert keçirilib (FOTO)

16 Dekabr 2019, 17:11 (GMT +4)

Bakı, 16 dekabr, SalamNews. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyinə həsr edilmiş «Bizim Albert» adlı rəqs festivalının yekun konserti keçirilib.

Baş İdarədən SalamNews-a verilən məlumata görə, tədbirdən əvvəl festivalın təşkilatçıları, qəhrəmanın döyüş dostları, festivalda iştirak edən kollektivlərin rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini ziyarət ediblər. 

Festivalın məqsədi uşaq, yeniyetmə və gənclərimizdə millətindən asılı olamayaraq Azərbaycanı sevmək, qorumaq, onlarda vətənpərvərlik, qəhrəmanlıq hisslərini aşılamaq, gücləndirilmək, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etməkdir.

Rəqs kollektivlərinin çıxışından əvvəl musiqişünas Pərvin Səfərlinin Milli Qəhrəmanın həyatından, qəhrəmanlığından onun haqqında çəkilən sənədli filmlərdən fraqmentlər nümayiş etdirməklə hazırladığı maraqlı məruzə qonaqlara təqdim edilib. Milli Qəhrəmanın döyüş dostları ürək sözlərini, xatirələrini dinləyicələrlə bölüşüb. Yekun konsert Aynur Kərimbəyovanın Milli Qəhrəmana həsr etdiyi “Vətən övladı Albert” adlı mahnısının ifası ilə başlayıb.

Festivalda “Asiman“, Baş İdarənin S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin “Çovqan”, 5 nömrəli uşaq incəsənət məktəbi, F.Əmirov adına 6 nömrəli 11 illik incəsənət məktəbi, Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin “Səbinə”, “Alov”, Cəmilə Bayramovanın “Dəcəl qızlar”, Təhsil Nazirliyi 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi və Xəzər universitetinin rəqs kollektivləri bir-birindən maraqlı, rəngarəng rəqslərlə çıxış ediblər. Festival çərçivəsində foyedə kiçik rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib.

Aparıcı Leyla Həsənova bildirib ki, bu gün münsiflər heyətinin yekdil qərarı ilə iştirak edən bütün kollektivlər və hər bir iştirakçı “Bizim Albert” festivalının qalibi elan edilir. Yekun sözü ilə festivalın təşkilatçısı Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin direktoru , Əməkdar artist Əziz Qarayusifli çıxış edərək bütün iştirakçıları təbrik edib, gələn qonaqlara bu xeyirxah işdə dəstək olduqları üçün minnətdarlığını bildirib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, Səbail tank batalyonunun sabiq komandiri,” Veteranlar birliyi”nin sədri Hacı Əzimov, döyüş dostu Elçin Əliyev, Xalq artisti Cəmilə Bayramova, əməkdar artistlər Nigar Şahmuradova və Tahir Eynullayev, xoreoqraflar Səbinə İsmayılova, Emil Pənahov festival iştirakçılarına diplomları təqdim ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazir: Bakı Şəhər Mədəniyyət Baş İdarəsi sosial layihələr həyata keçirməyə başlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yeni sosial layihəyə başlayır

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi hər kəsə çağırış edib (VİDEO)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsində görüş keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi musiqi məktəbinə yeni direktor təyin edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi xeyriyyə tədbiri keçirib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin olunub

03 Aprel 2020, 21:21 (GMT +4)
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib

03 Aprel 2020, 19:40 (GMT +4)
Vitse-spiker: Biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik

03 Aprel 2020, 19:25 (GMT +4)
«Azəriqaz»ın baş direktorunun iştirakı ilə onlayn CEO Forum təşkil olunub

03 Aprel 2020, 19:01 (GMT +4)
Karantin rejimində jurnalistlərin fəaliyyətinə bir daha aydınlıq gətirilib

03 Aprel 2020, 18:23 (GMT +4)
Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

03 Aprel 2020, 18:07 (GMT +4)
"icaze.e-gov.az" portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb

03 Aprel 2020, 18:01 (GMT +4)
“Virtual məktəb” portalında qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

03 Aprel 2020, 17:51 (GMT +4)
Sığorta xidmətləri onlayn qaydada göstərilir

03 Aprel 2020, 17:46 (GMT +4)
Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşulub

03 Aprel 2020, 17:42 (GMT +4)
Səudiyyə Ərəbistanı karantin rejimini sərtləşdirir

03 Aprel 2020, 17:37 (GMT +4)
İsrail polisi fələstinli naziri həbs edib

03 Aprel 2020, 17:34 (GMT +4)
Azərbaycan Dövlət Dəniz Akademiyasında distant təhsil aparılır

03 Aprel 2020, 17:22 (GMT +4)
Sabiq deputat Prezidentin təşəbbüsünə qoşulub

03 Aprel 2020, 17:18 (GMT +4)
Azərbaycanda bir ailədən nə qədər adam çölə çıxırsa, o qədər icazə alınmalıdır (RƏSMİ)

03 Aprel 2020, 17:14 (GMT +4)
Mişustin: Rusiyada koronavirusun pik həddi hələ keçməyib

03 Aprel 2020, 17:05 (GMT +4)
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq

03 Aprel 2020, 16:56 (GMT +4)
Bloomberg: ABŞ-dakı "Apple" mağazaları mayın əvvəlinə qədər bağlı qalacaq

03 Aprel 2020, 16:44 (GMT +4)
Suriyada hökumətin nəzarətində bütün bölgələrdə komendant saatı tətbiq edilib

03 Aprel 2020, 16:44 (GMT +4)
Daha bir qrup əlilliyi olan şəxsə reabilitasiya vasitələri evlərinə aparılıb verilib (FOTO)

03 Aprel 2020, 16:21 (GMT +4)
Astarada narkotacirdən 4 kq narkotik götürülüb

03 Aprel 2020, 16:07 (GMT +4)
Angela Merkel karantindən çıxıb

03 Aprel 2020, 15:53 (GMT +4)
Azərbaycanın ən böyük strateji əhəmiyyətli yarımstansiyası yenidən qurulur

03 Aprel 2020, 15:37 (GMT +4)
Tramp Putin və SƏ şahzadəsi ilə neft hasilatının azaldılmasını müzakirə etmədiyini bildirib

03 Aprel 2020, 15:24 (GMT +4)
Twıtter Türkiyəni, İran və Qətəri təndiq edən 7,500 səhifəni bağlayıb

03 Aprel 2020, 15:22 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

03 Aprel 2020, 15:12 (GMT +4)
Rusiya Azərbaycana koronavirusun yoxlanması üçün  test sistemləri verib

03 Aprel 2020, 14:55 (GMT +4)
Qırğızıstanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

03 Aprel 2020, 14:46 (GMT +4)
Şəmkirdə ağac kəsən şəxs cəzalandırılıb

03 Aprel 2020, 14:33 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 53 mini ötüb

03 Aprel 2020, 14:30 (GMT +4)
DSX: Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66