Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Əbədi ezamiyyət” sənədli filminin BDU-da nümayişi keçirilib

16 Dekabr 2019, 16:05 (GMT +4)

Bakı, 16 dekabr, SalamNewsHeydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzində çəkilmiş “Əbədi ezamiyyət” sənədli filminin Bakı Dövlət Universitetində (BDU) nümayişi keçirilib.

BDU-nun rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verib.

Bildirib ki, film müsəlman Şərqində ilk parlament respublikası olan, milli dövlətçilik tariximizdə özünəməxsus yer tutan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında misilsiz xidmətləri olmuş, 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Filmin yaradıcı heyəti Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, çəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə keçirilən görüşləri lentə alıb.
Parisin Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və sonrakı dövrdə Azərbaycan mühacirəti ilə bağlı bir şəhər olduğunu bildirən rektor Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Fransaya ilk rəsmi səfəri zamanı Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun və nümayəndə heyətinin müşaviri, “Azərbaycan” (rusca) qəzetinin redaktoru Ceyhun bəy Hacıbəylinin məzarlarını ziyarət etməsini filmin ideyasının müəyyənləşməsində əhəmiyyətli rol oynadığını bildirib.

Azərbaycanın qədim, zəngin, keşməkeşli tarixinin bu cür professional əsərlərdə öz əksini tapacağına əminliyini ifadə edən rektor E.Babayev xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi şərəfli tarixə qürur hissi ilə baxmağa imkan verən layihənin reallaşmasında Heydər Əliyev Fondunun mühüm xidmətlərini qeyd edib.

Sonda filmin BDU-da nümayişi üçün Xarici İşlər Nazirliyinə və Bakı Media Mərkəzinə təşəkkürlərini bildirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixində şanlı səhifə olduğunu vurğulayb. Diplomatik xidmət orqanlarının yaranma tarixi və qısa müddətdə gördüyü işlərdən bəhs edən L.Abdullayeva təqdim edilən filmin xalqımızın XX əsrin əvvəlindən dünyəvi və demokratik dəyərlərə sahib olduğunu göstərən amil kimi xarakterizə edib. L.Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, bu dövrdə xarici siyasət sahəsində atılmış addımlar, həmçinin 1991-ci ildə müstəqilliyin bərpası, müxtəlif sahələrdə aparılan köklü islahatlar, xarici siyasətimizin əsasları, ikitərəfli və çoxtərəfli əlaqələrin əhəmiyyəti barədə danışıb.
Filmin ssenari müəllifi Müsəllim Həsənov filmin Azərbaycanın müstəqillik tarixinin daha bir səhifəsi ilə yaxından tanış olmaq imkanı yaratdığını diqqətə çatdırıb.
Sonra geniş ekranda filmin nümayişi olub. Sənədli film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək

BDU-nun mətbuat katibi Pərvanə İbrahimova tutduğu vəzifədən ayrılıb

Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd olunub

BDU çinli tələbənin müayinələrinin nəticələri ilə bağlı açıqlama yayıb

Qazaxıstan nümayəndə heyəti BDU-da olub

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd ediləcək

Adil Əbdül-Mehdi İraqın baş naziri olaraq qala bilər – Mənbə

Çingiz Abdullayevin iştirakı ilə ilk CEO Brunch Baku təşkil olunub

BDU-da “Açıq qapı” günü keçirilib

BDU-da imtahanlara ictimai baxış keçirilib

BDU-da Hindistan Mədəniyyət Mərkəzi açılacaq

BDU ilə Rumıniya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

BDU-da Ulu Öndərə həsr olunuş məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

BDU-da Şirməmməd Hüseynovun barelyefi açılıb (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib

AQTA sədri: "BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb"

29 Fevral 2020, 10:00 (GMT +4)
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib

28 Fevral 2020, 19:15 (GMT +4)
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva: Ajiotaj yaratmayın

28 Fevral 2020, 18:17 (GMT +4)
“İrandan gələnləri saxlamasaq, təhlükə mənbəyi olacaqlar” - Yaqut Qarayeva

28 Fevral 2020, 18:12 (GMT +4)
Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib

28 Fevral 2020, 18:05 (GMT +4)
Qərargah: Koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur

28 Fevral 2020, 17:54 (GMT +4)
Bakıda mənzildən qadın meyiti aşkarlanıb

28 Fevral 2020, 17:43 (GMT +4)
İspaniyada koronavirus infeksiyasına yoluxanların sayı 32-yə çatıb

28 Fevral 2020, 17:40 (GMT +4)
General Haftarın ordusu Liviyada 15 türk əsgərinin öldüyünü iddia edib

28 Fevral 2020, 17:32 (GMT +4)
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir

28 Fevral 2020, 17:31 (GMT +4)
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

28 Fevral 2020, 17:20 (GMT +4)
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq

28 Fevral 2020, 17:14 (GMT +4)
Putin və Ərdoğan görüşmək barədə razılıq əldə edib

28 Fevral 2020, 17:03 (GMT +4)
Suriya Ordusu İdlibin cənubunda 5 kəndi radikal qruplaşmalardan azad edib

28 Fevral 2020, 17:00 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşüblər

28 Fevral 2020, 16:45 (GMT +4)
Lavrov İdlibdə öldürülən hərbçilərə görə Türkiyəyə başsağlığı verib

28 Fevral 2020, 16:40 (GMT +4)
Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

28 Fevral 2020, 16:27 (GMT +4)
Gömrük Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

28 Fevral 2020, 16:21 (GMT +4)
“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi baş tutub

28 Fevral 2020, 16:18 (GMT +4)
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək

28 Fevral 2020, 16:18 (GMT +4)
İran İdliblə bağlı tərəfləri təmkinli olmağa çağırıb

28 Fevral 2020, 16:16 (GMT +4)
“Sağlam təhsil” məktəbəhazırlıq qrupları (VİDEO)

28 Fevral 2020, 16:15 (GMT +4)
Kreml Putin və Ərdoğan arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb

28 Fevral 2020, 15:52 (GMT +4)
Nicat Hacızadə: Ötən ay qeyri-neft sektoru üzrə 141 milyon dollar dəyərində ixrac olub

28 Fevral 2020, 15:48 (GMT +4)
Prezident İlham Əliyev: Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib

28 Fevral 2020, 15:40 (GMT +4)
Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28 Fevral 2020, 15:35 (GMT +4)
AB Türkiyəyə qarşı sanksiyaları genişləndirir

28 Fevral 2020, 15:30 (GMT +4)
Ucarda 3 ədəd mina tapılıb

28 Fevral 2020, 15:30 (GMT +4)
Prezident: “Cənub Qaz Dəhlizi layihəsi əsasında əməkdaşlığın nadir formatı yaradılıb”

28 Fevral 2020, 15:10 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün qiymətləndirmə çərçivəsi hazırlanıb

28 Fevral 2020, 15:02 (GMT +4)
Azərbaycanda 1 milyona yaxın köhnə işıq sayğacı dəyişdiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66