Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ulu öndərin anım gününə həsr edilmiş elmi konfrans keçirilib (FOTOLAR)

14 Dekabr 2019, 13:23 (GMT +4)

Bakı, 14 dekabr, SalamNews, K.Orxan. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə bu gün Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

SalamNews xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş konfransın təşkilat komitəsinin üzvləri, rəsmi qonaqlar və xarici ekspertlər ilk öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, ulu öndərin məzarı önünə əklil və tər çiçəklər qoyublar.

Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərmiş və əhalimizin sağlamlığını daim diqqət mərkəzində saxlamış Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, insanların sağlamlığı dövlətin və cəmiyyətin sağlamlığı deməkdir. Bu gün Ulu öndərin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir.

Xeyirxahlığın ali ünvanı - Heydər Əliyev Fondu da məhz bu prinsiplərdən qaynaqlanaraq, insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti və dəstəyi sayəsində ürək qüsurlu uşaqlar üzərində unikal cərrahi əməliyyatlar həyata keçirilir və əməliyyat olunan bu körpə uşaqlar çox ciddi xəstəliklərdən qurtularaq nicat tapırlar. Sağlam əhali – ölkənin uğurlu inkişafının zəmini və gələcək nəsillər üçün möhkəm təməldir!

Elmi-praktik konfransı giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Konfransın açılış hissəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin tədbir iştirakçılarına ünvanladığı salamlama məktubu oxunub.Tədbirin açılış mərasimində həmçinin, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev və Türkiyə Ürək və Sağlamlıq Fondunun prezidenti Öztekin Oto çıxış ediblər.

Yerli mütəxəssislərlə yanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertlərinin də iştirak etdikləri beynəlxalq konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunub.

Konfransın gedişində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Minimal invaziv cərrahiyyə”; Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın “Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu”, uşaq kardiocərrahı professor Bülent Polat “Fallo tetradasinın ümumi korreksiyasında 20 illik təcrübə” və pediatr-neonatoloq Ozan Uzunhan “Yenidoğulmuşlarda kritik anadangəlmə ürək xəstəliklərinin erkən diaqnozunda pulsoksimetriyanın rolu”, İtaliyanın Boloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella “Müasir uşaq kardiologiyasında klinik və genetik konsultasiyalar”, Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu Cohannes Riks “Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri” və həmin klinikanın professoru Gündüz Dursun “Aorta qapağı dəyişimində və koronar revaskulyarizasiyada olan yeniliklər”, İranın Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitutun həkim-genetiki Saber Siamak “Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə” mövzularında və digər yüksək ixtisaslı mütəxəssislər müxtəlif məruzələrlə çıxış ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktik konfransların keçirilməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin nümayəndələrini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri təbliğ etmək və təcrübə mübadiləsi aparmaqdır.

“Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans Mərkəzi Gömrük Hospitalının Facebook səhifəsi üzərindən (https://www.facebook.com/customshospital/) tam olaraq canlı yayımda yayımlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərir

Mərkəzi Gömrük Hospitalı Teletibb xidməti göstərir

Gömrük Hospitalının həkimi canlı yayımda çıxış edəcək

Gömrük Hospitalında uşaqların müalicəsi uğurla həyata keçirilir

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başlayıb

Mərkəzi Gömrük Hospitalı “üz sipəri” ilə təmin olunub

Mərkəzi Gömrük Hospitalı aztəminatlı ailələrə yardım ediblər (FOTO, VİDEO)

Türk vətəndaşı Gömrük Hospitalında əməliyyatdan sonra ambulans təyyarə ilə vətəninə qayıdıb

Mərkəzi Gömrük Hospitalında PZR laboratoriyası fəaliyyətə başlayıb

Mərkəzi Gömrük Hospitalında yeni MRT cihazı istifadəyə verilib

Gömrük Hospitalının dermatoveneroloqu canlı yayımda çıxış edəcək

Gömrük Hospitalının endokrinoloqu şəkərli diabet xəstələrinin koronavirusdan qorunması qaydalarını açıqlayıb

Gömrük Hospitalının dermatoloqu əllərə qulluq edilməsi qaydalarını açıqlayıb

Gömrük Hospitalının endirimli bahar kampaniyası davam edir

Gömrük Hospitalında uşaqlar üçün xüsusi aksiya keçirilir (FOTOLAR)

Gənclər Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimlə istifadə edəcəklər

Gömrük Hospitalının travmatoloqu canlı yayımda çıxış edəcək

Gömrük Hospitalında skolioz xəstəliyinin müasir üsulla müalicəsi həaya keçirilir

Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

18 Yanvar 2021, 10:16 (GMT +4)
Cəbhəboyu ərazilərdə 270 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

18 Yanvar 2021, 10:06 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 95 milyonu keçib

18 Yanvar 2021, 10:02 (GMT +4)
Bakıda evlərdən 6 min manatlıq oğurluq edən şəxs tutulub

18 Yanvar 2021, 09:52 (GMT +4)
İran yerli peyvənddən əlavə 16 milyon koronavirus vaksini aldığını bildirib

18 Yanvar 2021, 09:45 (GMT +4)
Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanılıb

18 Yanvar 2021, 09:38 (GMT +4)
Navalnıy "Şeremetevo" hava limanında saxlanılıb

18 Yanvar 2021, 09:25 (GMT +4)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayır

18 Yanvar 2021, 09:17 (GMT +4)
Tunis inqilabının 9-cu ildönümündə ölkənin əksər əyalətlərində etiraz aksiyaları keçirilib

18 Yanvar 2021, 09:10 (GMT +4)
Bakıda ikimərtəbəli evdə yanğın olub

18 Yanvar 2021, 09:00 (GMT +4)
Azərbaycanda sərt karantin rejimi yumşaldılıb

17 Yanvar 2021, 08:50 (GMT +4)
Bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür

16 Yanvar 2021, 17:00 (GMT +4)
COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb

16 Yanvar 2021, 16:50 (GMT +4)
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb

16 Yanvar 2021, 16:45 (GMT +4)
Braziliyada koronavirusun yeni növünə ikinci dəfə yoluxma qeydə alınıb

16 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycan buğda idxalını 14 % azaldıb

16 Yanvar 2021, 16:27 (GMT +4)
ABŞ-ın səhiyyə naziri Vaşinqtondakı iğtişaşlar səbəbilə istefa verib

16 Yanvar 2021, 16:20 (GMT +4)
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub (FOTO)

16 Yanvar 2021, 16:15 (GMT +4)
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur

16 Yanvar 2021, 16:10 (GMT +4)
ANAMA: Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

16 Yanvar 2021, 16:00 (GMT +4)
Şahmar Möhsümov: Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb

16 Yanvar 2021, 15:52 (GMT +4)
COVID-19-un "İngiltərə" növü ABŞ-da üstünlük təşkil edə bilər

16 Yanvar 2021, 15:45 (GMT +4)
Azərbaycanda keçmiş məhkumdan 36 kq narkotik götürülüb

16 Yanvar 2021, 15:30 (GMT +4)
Postlardan keçməyə cəhd göstərən 1 751 nəqliyyat vasitəsi geri qaytarılıb

16 Yanvar 2021, 15:24 (GMT +4)
Armin Laşet Almaniyada hakim Xristian demokratlar ittifaqının lideri seçilib

16 Yanvar 2021, 15:15 (GMT +4)
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq

16 Yanvar 2021, 15:00 (GMT +4)
65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlanıb

16 Yanvar 2021, 14:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr açıqlanıb

16 Yanvar 2021, 14:45 (GMT +4)
BMT TŞ Liviya üzrə yeni xüsusi nümayəndə təyin edib

16 Yanvar 2021, 14:37 (GMT +4)
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı tədbir keçirilib

16 Yanvar 2021, 14:32 (GMT +4)
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66