LG Group-un keçmiş sədri vəfat edib14 Dekabr 2019, 13:14 (GMT +4) Bakı, 14 dekabr, SalamNews. LG Group Korporasiyasının fəxri sədri və keçmiş rəhbəri Ku Çja Gen 94 yaşında vəfat edib.
SalamNews bu barədə "Gazeta.Ru"ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, Ku Çja Gen bu gün səhər saatlarında dünyasını dəyişib.
Ölüm səbəbi xroniki xəstəlik olub.
Mərhumun son iradəsinə və ailəsinin tələbi ilə cənazənin yeri və vaxtı barədə məlumat verilmir.
|