Fransada tətillər həyatı iflic edib14 Dekabr 2019, 11:11 (GMT +4) Bakı, 14 dekabr, SalamNews. Fransada pensiya islahatı səbəbiylə dekabrın 4-dən bəri davam edən ümumxalq tətili Parisdə və ölkənin bir sıra böyük şəhərlərində həyatı iflic edib.
Paytaxtın nəqliyyat şirkəti RATP işçilərinin geniş miqyaslı tətili nəticəsində şəhərdəki metro xətlərinin böyük hissəsi bağlanıb.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, Fransa paytaxtında avtobuslar ya işləmir, ya da böyük intervalla hərəkət edir.
Parisə girişlərdə tıxaclar 400 kilometri keçib.
Fransanın ən böyük şəhərləri arasında hərəkət edən sürət qatarların yalnız dörddə biri fəaliyyət göstərir.
|