Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:20 (GMT +4)

Bakı, 13 dekabr, SalamNews. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün CEO Lunch çərçivəsində Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri ilə görüşüb.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən qazlaşdırma işləri birbaşa ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. “Biz fəaliyyətimizdə məhz Prezidentin qarşımıza qoyduğu tapşırıqları hədəf olaraq diqqətdə saxlayırıq. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda qazlaşma investisiya xarakteri daşımır və dövlət büdcəsindən hər il ayrılan vəsait hesabına icra olunur. Son 10 ildə ölkədə qazlaşma səviyyəsi 62.2 % dən 96 %-ə çatdırılıb. “Azəriqaz” İB-nin abonentlərinin sayı 700 mindən 2 milyon 300 minə çatıb. Qaz xətlərinin çox hissəsi yenilənib, əsaslı təmir olunub. Bütün bunların mərkəzində bir məqsəd dayanır – Azərbaycan vətəndaşının rahatlığını və sosial rifahının yaxşılaşdırılmasını təmin etmək. Bu il də qazlaşdırma işləri həm Bakı və paytaxt ətrafında, həm də bölgələrdə sürətlə davam etdirilib. 2019-cu ilin sonunadək təkcə bölgələrdə 100-ə yaxın yaşayış məntəqəsi qazla təmin ediləcək. Digər tərəfdən fəaliyyətimizdə müasir texnologiyalardan yararlanmağa da çalışırıq. Müasir və şəffaf əsaslarla xidmət göstərmək üçün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə inteqrasiya olunmaqda maraqlıyıq. Bir sözlə, “Azəriqaz” İB abonentinin dostu olmağa, onun qayğılarını öz qayğıları kimi qəbul etməyə daim hazırdır”, - deyə o bildirib.

Sonra Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilən CEO Lunch sayəsində Caspian European Club-un biznes-netvorkinq üçün beynəlxalq platformaya çevrildiyini deyib. CEO Lunch Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır. CEO Lunch həmçinin dövlət və özəl sektor arasında dialoqun qurulmasında aparıcı alətlərdən biridir.
Sonra Ruslan Əliyevə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un üzv şirkətlərinə də sertifikatlar verilib.

CEO Lunch Baku-nun baş sponsoru Gazelli Group MMC-dir.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (AZərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Caspian European Club” rebrendinq keçirir

Caspian European Club Anar Cəbrayıllının iştirakı ilə Online Round Table keçirib

Caspian European Club Zakir Fərəcovun iştirakı ilə B2G Online forumu keçirib

Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

Caspian European Club növbəti onlayn B2G forum keçirib

Caspian European Clubun yeni strukturunun təqdimatı keçirilib

Caspian European Club Vüsal Hüseynovun iştirakı ilə online B2G forum keçirib

Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum təşkil edib

Caspian European Club onlayn B2B FMCG forum təşkil edib

"Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Caspian European Club iki tematik Onlayn B2B Forum təşkil edib

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

Caspian European Club-un ilk ümumi onlayn iclası keçirilib

“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

Caspian European Club müvəqqəti onlayn rejimdə fəaliyyət göstərəcək

Caspian European Club B2B Forum təşkil edib

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

“Caspian European Club” Gürcüstan-Azərbaycan biznes forumunda iştirak edib

Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib

Caspian European Club biznes-tur təşkil edib

26 Sentyabr 2020, 18:02 (GMT +4)
Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olunub

26 Sentyabr 2020, 17:01 (GMT +4)
Azərbaycanda vahid KİV Bankı yaradılacaq

26 Sentyabr 2020, 16:54 (GMT +4)
İsrail onlarla nüvə başlığına malik olduğu üçün sülh və təhlükəsizliyə ən böyük təhdiddir - İran

26 Sentyabr 2020, 16:52 (GMT +4)
"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

26 Sentyabr 2020, 16:51 (GMT +4)
Nazirlik: Daha 10 şagird koronavirusa yoluxub

26 Sentyabr 2020, 16:50 (GMT +4)
Berluskoninin koronavirus testinin cavabı yenidən müsbət çıxıb

26 Sentyabr 2020, 16:40 (GMT +4)
Meksikada koronavirusa yoluxanların sayı 720 858 nəfərə çatıb

26 Sentyabr 2020, 16:23 (GMT +4)
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümü başlayır

26 Sentyabr 2020, 16:21 (GMT +4)
Tramp “Black Lives Matter” hərəkatının qaradərili amerikalılara zərər verdiyini deyib

26 Sentyabr 2020, 16:10 (GMT +4)
DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

26 Sentyabr 2020, 16:08 (GMT +4)
Məktəb direktorlarının işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq

26 Sentyabr 2020, 15:48 (GMT +4)
İranda son sutkada 172 koronavirus xəstəsinin ölümü qeydə alınıb

26 Sentyabr 2020, 15:42 (GMT +4)
Abe Rusiya ilə sülh müqaviləsi bağlamağa nəyin maneə olduğunu açıqlayıb

26 Sentyabr 2020, 15:41 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün daha 108 yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 15:28 (GMT +4)
Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb

26 Sentyabr 2020, 15:14 (GMT +4)
Tramp seçkilərdə məğlubiyyətinin yeganə şərtini açıqlayıb

26 Sentyabr 2020, 15:07 (GMT +4)
Taliban Əfqanıstanın beş əyalətində hücuma keçib, azı 12 ölü var

26 Sentyabr 2020, 14:55 (GMT +4)
DMX rəisi vətəndaşların videoqəbulunu keçirib

26 Sentyabr 2020, 14:40 (GMT +4)
Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

26 Sentyabr 2020, 14:21 (GMT +4)
İran paytaxtında karantin qaydaları sərtləşdirilib

26 Sentyabr 2020, 14:18 (GMT +4)
Rusiyada son sutkada 169 nəfər koronavirusdan ölüb

26 Sentyabr 2020, 14:14 (GMT +4)
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub

26 Sentyabr 2020, 13:47 (GMT +4)
Ərdoğan və Dodon əməkdaşlıq məsələlərini müzakirə edib

26 Sentyabr 2020, 13:38 (GMT +4)
ABŞ son illərdə Livanda Hizbullah-a qarşı 10 milyard dollar xərclədiyini bildirib

26 Sentyabr 2020, 13:30 (GMT +4)
YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

26 Sentyabr 2020, 13:24 (GMT +4)
Almaniyada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 13:08 (GMT +4)
DİN qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alıb

26 Sentyabr 2020, 12:51 (GMT +4)
Sobyanin evdə qalan moskvalılar üçün dəstək tədbirlərini bərpa etdirib

26 Sentyabr 2020, 12:46 (GMT +4)
Baş Prokuror və Hərbi Prokuror hərbi hissələrdə olublar (FOTOLAR)

26 Sentyabr 2020, 12:45 (GMT +4)
Livanda siyasi böhran davam edir, ölkədə hökumətin formalaşdırılması yenə alınmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66