Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri dəyişib

13 Dekabr 2019, 13:25 (GMT +4)

Bakı, 13 dekabr, SalamNews. Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) dekabrın 11-də keçirilən İdarə Heyətinin görüşündə "KPMG Azerbaijan" şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev İdarə Heyətinin sədri seçilərək "PWT Wasser- und Abwassertechnik GmbH" şirkətinin Bakı filialının rəhbəri, Falko Haydrixi əvəz edib.

SalamNews bu barədə AHK Azərbaycan-a istinadən xəbər verir.

Məlumata görə, Fərid İsayev Londonun Kingston Universitetinin Beynəlxalq Hüquq üzrə LLB dərəcəsinə malikdir. Neft və qaz sənayesi, miqrasiya, əmək quruculuğu, dövlət və özəl tərəfdaşlığı, korporativ və beynəlxalq ticarət hüququ kimi müxtəlif sahələrdə fəaliyyət göstərən F.İsayev, eyni zamanda bank və sığorta sektorlarında da geniş təcrübəyə sahibdir. 2013-cü ildə KPMG komandasına qoşulmadan öncə İsayev Bakıda “Big4” audit şirkətlərindən birində hüquq sahəsində fəaliyyət göstərib. Onun beynəlxalq təcrübəsinə neft və qaz ticarəti sektorunda dünyanın ən böyük əmtəə ticarətçilərindən biri olan "Glencore International" şirkətinin Londondakı ofisində fəaliyyəti də daxildir.

2013-cü ildən etibarən AHK Azərbaycan-ın İdarə Heyətinin üzvü olan Fərid İsayev 2016-cı ildən Palatanın İdarə heyətinin Sədr müavini kimi fəaliyyət göstərib. Eyni zamanda F.İsayev Korporativ İdarəetmə, İnvestisiyalar, İnvestorlarla Əlaqələr, İş Etikası və Korporativ Sosial Məsuliyyət mövzularını əhatə edən Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Hökumət Komissiyasının üzvüdür və müntəzəm olaraq müvafiq biznes məsələləri üzrə məqalələr dərc edir.

Palatanın yeni İdarə Heyətinə "KPMG Azerbaijan" şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev, "NORM LLC" şirkətinin Baş İcraçı Direktoru Henninq Sasse, "AccessBank"ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Anar Həsənov, "Uniper Global Commodities SE" şirkətinin Cənub regionu ölkələrinin qaz təchizatı üzrə vitse-prezidenti Michael Hilmer, "Hyatt Regency Baku" Hotelin Baş direktoru Valter Gag, "Weidmüller Interface GmbH & Co. KG" şirkətinin Xəzər dənizi regionu ölkələrinin biznesin inkişafı üzrə meneceri Əliyar Həşimli və AHK Azərbaycan-ın İcraçı Direktoru Tobias Baumann daxildir.

Qeyd edək ki, İdarə Heyəti üç il müddətinə təyin olunur.

Xatırladaq ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası 2012-ci ildən etibarən Alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqından (DAWF) yaradılıb. 140- dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatında və siyasətində AHK-nın inkişaf etmiş şəbəkəsindən yararlana bilərlər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə, AHK Azərbaycan həmçinin genişçeşiddə etibarlı biznes və hüquqi xidmətlər təklif edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ankara Kaşıkçının ölümündə günahkar olanların hamısını məsuliyyətə cəlb etməyə çağırır - XİN

AB Kaşıkçının qətlinin ildönümündə günahkarların mühakiməsinə çağırıb

Tramp: Ərdoğan S-400-lə bağlı vəziyyətə görə günahkar deyil

BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

Belarus səfiri: Xocalı faciəsinin bütün günahkarları cəzalandırılmalıdır

AHK Azərbaycan üzvlərinin nazir Sahil Babayevlə görüşü keçirilib

"AHK Azərbaycan" Almaniyada keçiriləcək sərgiyə biznes səfər təşkil edir

Dolların sabahkı məzənnəsi açıqlanıb

Dünya Ermənistanın dağıdıcı hərəkətlərinə göz yumduğu üçün günahkardır - politoloq

Rusiyanın Andlılar kollegiyası Zaur Dadayevi Nemtsovun qətlində günahkar biliblər

Azərbaycan İranın neft və qaz sektoruna sərmayə yatıra bilər - Əli Şahkərimi 

ABŞ Mosulda 200 dinc sakinin ölümündə günahkar olduğunu etiraf edib

Atəşkəsi pozan, pozuntulara yol açmış günahkar Ermənistandır – MHP lideri

Heç kim günahkarların himayəsini "məhkəmənin müstəqilliyi" adlandıra bilməz - türkiyəli nazir

20 Yanvar hadisəsinin günahkarı kimdir? (SORĞU)

Türkiyənin müdafiə naziri rusiyalı səfirin qətlində günahkar olanların tapılacağına söz verib

Ramzan Kadırov sərxoş YNH günahkarlarının müsəlman adətləri ilə dəfninə qarşı çıxıb

Deputat: Xocalı faciəsinin günahkarlarının əksəriyyətinin Rusiyada gizlədilir

Qadınlarımız nə qədər ismətli və iradəlidirlərsə, sabahkı cəmiyyət də o qədər uğurlu olacaq - DQİDK rəsmisi

ABŞ Rusiya ilə birgə İdlibdəki bombardmanın günahkarlarını axtaracaq

24 Yanvar 2020, 21:11 (GMT +4)
Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb

24 Yanvar 2020, 18:00 (GMT +4)
Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib

24 Yanvar 2020, 17:45 (GMT +4)
Böyük Çin Səddi turistlər üçün bağlanıb

24 Yanvar 2020, 17:42 (GMT +4)
"Gənclər Paytaxtı 2020" müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb

24 Yanvar 2020, 17:26 (GMT +4)
Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər

24 Yanvar 2020, 17:20 (GMT +4)
XİN koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

24 Yanvar 2020, 17:18 (GMT +4)
Texasda binada partlayış baş verib

24 Yanvar 2020, 17:13 (GMT +4)
CinemaPlus-da “Pis oğlanlar” nümayiş olunub

24 Yanvar 2020, 17:08 (GMT +4)
Təhsil naziri Salyan məktəbində olub

24 Yanvar 2020, 16:43 (GMT +4)
Kreml: Rusiya "beşlik" liderlərinə ətraflı təkliflər göndərəcək

24 Yanvar 2020, 16:17 (GMT +4)
Parisdə Eyfel Qülləsi bağlanıb

24 Yanvar 2020, 16:01 (GMT +4)
Bərdədə ingilis dilli Resurs və Təlim Mərkəzinin açılışı olub

24 Yanvar 2020, 15:43 (GMT +4)
Qırx əsgərinin ölümündən sonra Suriya Ordusu İdlibdə əks hücuma keçib

24 Yanvar 2020, 15:40 (GMT +4)
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

24 Yanvar 2020, 15:37 (GMT +4)
AzTU-da müdir təyinatı olub

24 Yanvar 2020, 15:36 (GMT +4)
Peskov: Putin və Zelenski istənilən vaxt görüş təşkil edə bilər

24 Yanvar 2020, 15:34 (GMT +4)
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş olub

24 Yanvar 2020, 15:30 (GMT +4)
Xızıda keçmiş məhkumun evində silah-sursat aşkarlanıb

24 Yanvar 2020, 15:05 (GMT +4)
Ərdoğan Liviyada Suriyadakı səhvi təkrarlamamağa çağırıb

24 Yanvar 2020, 15:00 (GMT +4)
“Bir” Tələbə-Könüllü proqramının 23 mindən çox üzvü var

24 Yanvar 2020, 14:51 (GMT +4)
Səudiyyənin Ümumdünya İslam Liqasının sədri Holokost qurbanlarına namaz qılıb (VİDEO)

24 Yanvar 2020, 14:43 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib

24 Yanvar 2020, 14:32 (GMT +4)
AK və AB Şurasının rəhbərləri Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı saziş imzalayıblar

24 Yanvar 2020, 14:18 (GMT +4)
ADRA 2020-ci ildə bir sıra yeniliklər tədbiq edəcək

24 Yanvar 2020, 14:12 (GMT +4)
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib

24 Yanvar 2020, 14:00 (GMT +4)
“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

24 Yanvar 2020, 13:58 (GMT +4)
Türkiyədə keçmiş baş qərərgah rəisi ömürlük həbs cəzasına məhkum edilib

24 Yanvar 2020, 13:51 (GMT +4)
Putin Medinski və Oreşkini özünə köməkçi təyin edib

24 Yanvar 2020, 13:37 (GMT +4)
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

24 Yanvar 2020, 13:35 (GMT +4)
Qadın sahibkarlar üçün "Scale Up” akselerator proqramı fəaliyyətə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66