Rusiya İdlibdə yeni kimyəvi hücumun səhnələşdirilməsi haqda xəbərdarlıq edib13 Dekabr 2019, 12:22 (GMT +4) Bakı, 13 dekabr, SalamNews, B.Samid. Rusiya İdlibdə "ən-Nusra Cəbhəsi" ilə "Ağ Dəbilqəlilər" arasında kimyəvi hücumların səhnələşdirilməsi haqda koordinasiya işlərinin getdiyini bildirib.
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi mənbələri iddia irəli sürüblər.
Bildirilib ki, İdlibdə silahlı birləşmələr raket atanları, tanklar və zirehli texniklalarını Hələb şəhəri və Əbu-Duhur qəsəbəsi istiqamətə yönəldirlər. Həmçinin əlavə edilib ki, "ən-Nusra Cəbhəsi" (digər adı Heyət Təhrir-Şam) ilə Ağ Dəbilqəlilər arasında kimyəvi hücumun səhnələşdirilməsilə bağlı koordinasiya işləri aparılır.
Əlavə edilib ki, bu addımlardan məqsəd Suriya Ordusunun kimyəvi silahdan istifadə etməsini ehtiva edən görüntüləri təmin etməkdir.
Qeyd edək ki, Rusiya hərbi mənbələrinin məlumatına görə silahlı birləşmələr bundan öncə Suriyanın Şərqi-Quta bölgəsində və Xan-Şeyxun rayonunda kimyəvi hücumları səhnələşdirmiş və ya birbaşa həyata keçirmişdir.
|