ABŞ Baqram hücumuna görə Talibanla danışıqları müvəqqəti dayandırıb13 Dekabr 2019, 11:24 (GMT +4) Bakı, 13 dekabr, SalamNews, B.Samid. ABŞ Taliban hərəkatı ilə yenidən başlatdığı danışıqları müvəqqəti olaraq dayandırıb.
SalamNews EuroNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan məsələlərilə bağlı rəsmi nümayəndəsi Zalmay Xəlilzad rəsmi twitter səhifəsində məlumat verib.
ABŞ rəsmisi bildirib ki, ötən gün Taliban nümayəndələrilə bir araya gələrkən Baqramda törədilən hücumu pisləyib və hərəkatdan danışıqların davam etdirilməsilə bağlı ciddi addımlarını nümayiş etdirməyi istəyib.
O bildirib ki, Dohada aparılan danışıqlar qısa müddət üçün dayandırılıb.
Qeyd edək ki, bir neçə gün öncə Taliban ABŞ-ın Əfqanıstandakı Baqram hava qərargahı yaxınlığında hücum həyata keçirib. Burada iki nəfər həlak olub və 50-dən çox insan yaralanıb.
ABŞ prezidenti Donald Tramp iki ay öncə eyni addımı ataraq danışıqları dayandırmışdı.
|