AB anti-Rusiya sanksiyalarını altı ay uzadıb13 Dekabr 2019, 10:42 (GMT +4) Bakı, 13 dekabr, SalamNews. Avropa Birliyi Ukrayna ilə bağlı Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddətini altı ay daha uzadıb.
SalamNews xəbər verir ki, bu barədə "Twitter" də Avropa Şurası Prezidentinin mətbuat katibi Barend Leyts bəyanat verib.
"AB Şurası Rusiyaya qarşı sanksiyaların 6 ay uzadılması təklifini qəbul edib", o deyib.
Rusiya Krım Muxtar Respublikasını və Sevastopolu 18 mart 2014-cü ildə ilhaq edib.
Daha sonra AB, ABŞ və bəzi ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.
|