İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb13 Dekabr 2019, 15:31 (GMT +4) Bakı, 13 dekabr, SalamNews.Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən SalamNews-a verilən məlumata görə, cari ilin dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr tiryək narkotik vasitə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
|