Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Moskvada Yunus Əmrənin büstü qoyulacaq

13 Dekabr 2019, 12:11 (GMT +4)

Bakı, 13 dekabr, SalamNews.Moskvanın “Muzeon” incəsənət parkında görkəmli türk şairi və mütəfəkkiri Yunus Əmrənin büstü qoyulacaq. Dekabrın 12-də Moskva şəhər Dumasının müvafiq komissiyası bununla bağlı qərar qəbul edib.

SalamNews TASS agentliyinə istinadla xəbər verir ki, komissiyanın sədri İqor Voskresenski deyib: “Moskva Xarici İqtisadi əlaqələr və Beynəlxalq Münasibətlər Departamenti və Türkiyə Respublikasının Rusiyadakı səfirliyinin türk şairi Yunus Əmrənin büstünün qoyulması barədə müraciətini dəstəkləmək təklif olunur. Onun Türkiyə Respublikasının və Moskva büdcəsinin vəsaiti hesabına “Muzeon” incəsənət parkında qoyulması təklifi daxil olub. Moskvanın Arxitektura İdarəsi və Yakimanka rayon deputatlar şurasının bu təklifə etirazı yoxdur. Moskva Şəhər Mədəni İrs İdarəsi və Mədəniyyət Departamenti də təklifi dəstəkləyirlər”.

Moskva Şəhər Mədəni İrs İdarəsinin məlumatına görə, büstün 2019-cu ildə keçirilən Rusiya və Türkiyənin çarpaz Mədəniyyət İli çərçivəsində qoyulması planlaşdırılır. Voskresenski əlavə edib ki, bu abidənin qoyulmasına cavab olaraq, Ankarada planetin ilk kosmonavtı Yuri Qaqarinin abidəsi ucaldılacaq. “Türkiyə tərəfi məlumat verib ki, Moskvada qoyulacaq abidənin hazırlanmasına dair ən yaxşı layihə üçün qapalı müsabiqə elan ediləcək, bədii-arxitektura və işçi layihələşdirilməsi üçün maliyyə vəsaiti ayrılacaq. Bundan başqa, büstün uzunömürlü materialdan hazırlanması və onun Ankaradan Moskvaya çatdırılması təmin ediləcək. Qarşılıqlı razılaşmaya əsasən, postamentin hazırlanması və büstün ətrafındakı ərazinin abadlaşdırılması işləri Moskva hökumətinin büdcəsi hesabına həyata keçiriləcək. Hazırda Türkiyə tərəfi layihənin smetasını tərtib edir və onu diplomatik kanallarla Moskva hökumətinə çatdıracaq”, -deyə komissiyanın sədri vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İlahiyyat İnstitutunda olub

UNEC-lə Bakı Yunus Əmrə İnstitu arasında protokol imzalanıb

Yunus Əmrə Mərkəzinin direktoru Tərcümə Mərkəzində olub

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

Azərbaycan Yazıçılar Birliyində Yunus Əmrə İnstitutu ilə Memorandum imzalanıb

AYB-də Yunus Əmrə İnstitutu ilə Memorandum imzalanıb

Bakıdakı Yunus Əmrə İnstitutu esse müsabiqəsi elan edib

Yunus Əmrə İnstitutunun direktoru ADU-da olub

Yunus Əmrə İnstitutunun direktoru “Gənc istedadlar” liseyində olub

İKGF ilə Yunus Əmrə İnstitutu arasında fikir mübadiləsi aparılıb

27 Yanvar 2021, 18:00 (GMT +4)
Dövlət Komitəsi insan alveri ilə mübarizə üçün əhaliyə müraciət edib

27 Yanvar 2021, 17:49 (GMT +4)
Təhsil Nazirliyi: Əgər yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflərdə tədrisin bərpası ləngiyəcək

27 Yanvar 2021, 17:39 (GMT +4)
Çində son sutkada 75 yeni koronavirusa yoluxma aşkar edilib 

27 Yanvar 2021, 17:27 (GMT +4)
Müqtəda Sədr İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyiə hazır olduğunu bildirib

27 Yanvar 2021, 17:26 (GMT +4)
Tərtərdə avtomobil elektrik dirəyinə çırpılıb, ölən var

27 Yanvar 2021, 17:17 (GMT +4)
Yoluxma aşkarlanan siniflər distant təhsilə keçəcək

27 Yanvar 2021, 17:16 (GMT +4)
ABŞ “Moderna” və “Pfizer” şirkətlərindən daha 200 milyon peyvənd alacaq

27 Yanvar 2021, 17:07 (GMT +4)
Baş Prokurorluq dəm qazından zəhərlənmə ilə bağlı videoçarx hazırlayıb

27 Yanvar 2021, 16:57 (GMT +4)
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib

27 Yanvar 2021, 16:56 (GMT +4)
Putin Qarabağa humanitar yardım göstərməyə çağırıb

27 Yanvar 2021, 16:46 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni filialı açılıb

27 Yanvar 2021, 16:40 (GMT +4)
Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir - Cavad Zərif

27 Yanvar 2021, 16:38 (GMT +4)
Təhsil Nazirliyi dərslərin həftədə 3 dəfə keçirilməsinin səbəbini açıqlayıb

27 Yanvar 2021, 16:37 (GMT +4)
Ukrayna HDQ Türkiyənin "Baykar" firmasından pilotsuz təyyarələr alacaq

27 Yanvar 2021, 16:29 (GMT +4)
Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub

27 Yanvar 2021, 16:16 (GMT +4)
XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək

27 Yanvar 2021, 16:09 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxan 594 nəfər ölüb

27 Yanvar 2021, 16:04 (GMT +4)
Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

27 Yanvar 2021, 15:51 (GMT +4)
Qubada restorandan oğurluq edən gənclər saxlanılıb

27 Yanvar 2021, 15:40 (GMT +4)
Hikmət Hacıyev: “Azərbaycan və Türkiyə əlaqələrini bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib”

27 Yanvar 2021, 15:33 (GMT +4)
Suriyada kürd bölmələrinin nəzarətində olan bölgələrdə etiraz aksiyaları keçirilib (VİDEO)

27 Yanvar 2021, 15:28 (GMT +4)
AQTA sahibkarlara müraciət edib

27 Yanvar 2021, 15:26 (GMT +4)
Türk elm adamları koronavirusu bir dəqiqədə məhv edən sprey hazırlayıblar

27 Yanvar 2021, 15:20 (GMT +4)
Sumqayıtda 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıblar

27 Yanvar 2021, 15:10 (GMT +4)
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib

27 Yanvar 2021, 14:57 (GMT +4)
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

27 Yanvar 2021, 14:47 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 255 mini keçib

27 Yanvar 2021, 14:40 (GMT +4)
Dövlət başçısı Şuşanın qorunması ilə bağlı göstərişlər verib

27 Yanvar 2021, 14:28 (GMT +4)
Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb (VİDEO)

27 Yanvar 2021, 14:19 (GMT +4)
Suriya Ordusu Palmira-Dirazzur yolunda 8 terrorçunu məhv edib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66