Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:16 (GMT +4)

Bakı, 12 dekabr, SalamNews. Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla birgə çəkilən çox az sayda siyasi liderə rast gəlmək olar. Onun sözlərinə görə, XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur: “Bu, Heydər Əliyev siyasətinin böyüklüyünün, bu günümüzə və gələcəyə hesablanmasının aydın ifadəsidir. Tarixi faktlar bu reallığı da təsdiqləyir ki, siyasi liderliyin mahiyyəti dövlətinin, xalqının milli maraqlarına cavab verən inkişaf yolunu müəyyənləşdirmək, ölkəsinə uğur gətirən, daim yüksəkləri fəth etməsini şərtləndirən siyasəti təmin etməkdir. Təbii ki, bu uğurlara yol açan ideyalardır. Bu ideyalar ölkənin dünəninin, bu gününün, gələcəyinin əsası kimi dəyərləndirilir. “Əbədiyaşar lider” məfhumu da məhz bu kontekstdən yaranır. Necə ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev belə xatırlanır. O, cismən aramızda olmasa da, Onun siyasi xətti siyasi idarəçiliyin, milli quruculuğun nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə çevrilib”.

S.Novruzov qeyd edib ki, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin 28 ildə 100 ilə bərabər inkişaf yolu keçdiyi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir. YAP İcra katibinin müavini deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan yeni-yeni uğurlara imza atır. Bu uğurların əsasında isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. YAP İcra katibinin müavini deyib ki, gənclər Heydər Əliyev irsini dərindən öyrənməlidir. Çünki Azərbaycanın xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsi mühüm rol oynayır.

Çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin anım günü xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Onun sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub: “Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının yeganə yolu Heydər Əliyev yoludur. Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, Onun xalqımız üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün deyil. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev dövlət başçısı olması ilə bərabər çox həssas, insanlara qarşı çox diqqətcil idi. Heydər Əliyevdə əsl lider xüsusiyyətləri və keyfiyyətləri vardı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev bizim yaddaşımızda silinməz izlər qoyub. Bu gün yeni nəsil Heydər Əliyevin nəhəng fəaliyyətini, Onun zəngin irsini dərindən öyrənərək mənimsəməkdədir”.

M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda, dünyada böyük nüfuza sahibdir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr beynəlxalq miqyasda Azərbaycanın mövqelərini gücləndirir. Bu nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Biz Azərbaycan xalqı olaraq Ulu Öndərin əziz xatirəsini həmişə yad edirik və bundan sonra da edəcəyik”.

Anım mərasimində həmçinin, YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməhəmməd Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Günel Quliyeva və Bakı Dövlət Universitetinin tələbəsi Kənan Seyfullazadə çıxış edərək Heydər Əliyev siyasətinin uğurları, Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaponiyanın Baş naziri ölkədə koronavirusla bağlı vəziyyəti həyəcanverici adlandırıb

YAP Prezidentə müraciət edib

Yaponiya və Azərbaycan arasında mövcud turizm əlaqələri və əməkdaşlıq perspektivləri müzakirə edilib

Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

YAP dünyanın 57 siyasi partiyasına və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Sahibə Qafarova Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada ilə görüşüb

Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

YAP bəyanat yayıb

YAP İcra Katibliyində videokonfrans keçirilib

Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik edib

Yosihide Suqa Yaponiyanın Baş naziri olub

Yaponiya hökuməti tam tərkibdə istefaya gedib

Yaponiyada 100 yaşdan yuxarı insanların sayı 80 mini keçib

YAP beynəlxalq təşkilatlara müraciət edib

YAP 10 tələbəyə təqaüd verəcək

Yaponiyada hakim partiyanın liderinin seçkiləri keçirilib

Yaponiyada 2 güclü zəlzələ baş verib

Yaponiyada sərnişin təyyarədə bomba olduğunu açıqlayıb

23 Noyabr 2020, 19:18 (GMT +4)
Əlcəzair səfiri: “Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb”

23 Noyabr 2020, 18:01 (GMT +4)
KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

23 Noyabr 2020, 17:52 (GMT +4)
Bakı-Supsa kəməri ilə neftin nəqli 13% artıb

23 Noyabr 2020, 17:46 (GMT +4)
Gəncədə evdən 9 min manat dəyərində nərd və təsbeh oğurlanıb

23 Noyabr 2020, 17:44 (GMT +4)
BQXK münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirib

23 Noyabr 2020, 17:23 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlanıb

23 Noyabr 2020, 17:14 (GMT +4)
Bakıdan Moskva və Kiyevə çarter aviareysləri yerinə yetiriləcək

23 Noyabr 2020, 17:07 (GMT +4)
Baş Prokurorluq Seyran Ohanyanın cinayət işi ilə bağlı məlumat yayıb

23 Noyabr 2020, 17:04 (GMT +4)
Fikrət Məmmədov: Pandemiya dövründə 3 000-ə yaxın məhkum vaxtından əvvəl azad olunub

23 Noyabr 2020, 16:58 (GMT +4)
“Onlayn Peşəkar Mühasib” təlim kursuna qeydiyyat başlayıb

23 Noyabr 2020, 16:47 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

23 Noyabr 2020, 16:39 (GMT +4)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub

23 Noyabr 2020, 16:27 (GMT +4)
Goranboyda polislərə müqavimət göstərən şəxsə cinayət işi açılıb

23 Noyabr 2020, 16:14 (GMT +4)
Avropa Şurasının baş katibi: Qarabağda atəşkəs razılaşmasını alqışlayıram

23 Noyabr 2020, 16:11 (GMT +4)
Türkiyə hökuməti vətəndaşları koronavirusa qarşı pulsuz peyvənd etməyi planlaşdırır

23 Noyabr 2020, 15:58 (GMT +4)
Koronavirus xəstəsi ət satarkən yaxalanıb

23 Noyabr 2020, 15:42 (GMT +4)
İsmayıllı Gənclər və İdman İdarəsində yeni təyinatlar olub

23 Noyabr 2020, 15:38 (GMT +4)
DİN açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama yayıb

23 Noyabr 2020, 15:23 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 45 mini ötüb

23 Noyabr 2020, 15:23 (GMT +4)
“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb

23 Noyabr 2020, 14:56 (GMT +4)
ƏƏSMN-nin bir neçə işçisi hazırda cəbhə bölgəsində xidmət edir

23 Noyabr 2020, 14:41 (GMT +4)
Astarada 54 yaşlı kişi çayda batıb

23 Noyabr 2020, 14:29 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 1,3% artıb

23 Noyabr 2020, 14:27 (GMT +4)
Əfqanıstana dəstək üçün yüz ölkə və beynəlxalq təşkilatın iştirakı ilə konfrans keçirilir

23 Noyabr 2020, 14:10 (GMT +4)
"Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 46 dolları ötüb

23 Noyabr 2020, 14:10 (GMT +4)
Sabah hava yağmursuz keçəcək

23 Noyabr 2020, 13:59 (GMT +4)
Xaçmazda avtomobil yanıb

23 Noyabr 2020, 13:48 (GMT +4)
Mingəçevirdə evdən çıxan COVID-19 xəstəsinə cinayət işi başlanılıb

23 Noyabr 2020, 13:30 (GMT +4)
Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

23 Noyabr 2020, 13:21 (GMT +4)
Səudiyyə gələcəkdə ABŞ-la İran arasında əldə edilə biləcək anlaşmaya qatılmağı tələb edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66