Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib12 Dekabr 2019, 16:34 (GMT +4) Bakı, 12 dekabr, SalamNews. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Almaniyanın Moskva səfirliyinin iki işçisinin qovulması ilə əlaqədar vəziyyəti şərh edib.
“Bilirsiniz ki, diplomatlar cavab, zəruri tədbir olaraq göndərilir. İki diplomatımız göndərildikdən sonra bu tədbirlər qaçılmaz idi. Bilirsiniz ki, biz Berlinin belə bir qərarını əsassız hesab edirik", Peskov bildirib.
SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, Rusiya tərəfi ümid edir ki, bu, "Almaniya Federativ Respublikası ilə çox konstruktiv dialoqun" daha da inkişafı və genişlənməsinə mənfi təsir etməyəcək
|