Rusiya iki alman diplomatı "persona non grata" elan edib12 Dekabr 2019, 14:35 (GMT +4) Bakı, 12 dekabr, SalamNews. Almaniyanın Rusiya səfirliyinin iki əməkdaşı "persona non grata" elan edilib. Onlardan birinin həftə ərzində ölkəni tərk etməsi tələb olunur.
SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bundan əlavə Almaniyanın Rusiyadakı səfiri Gezu Andreas fon Qayr XİN-ə çağırılıb, Berlində Gürcüstan vətəndaşının qətli ilə bağlı "Almaniya hökumətinin Berlindəki Rusiya səfirliyinin iki işçisini əsassız olaraq "persona non grata" elan edilməsi qərarına etiraz edilib.
Moskva qarşılıqlı münasibət prinsiplərini, eləcə də 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının doqquzuncu maddəsini rəhbər tutur.
|