İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib12 Dekabr 2019, 13:51 (GMT +4) Bakı, 12 dekabr, SalamNews. Hindistanın bir neçə aviaşirkəti davam edən iğtişaşlar səbəbiylə ölkənin şimal-şərqindəki Assama uçuşların müvəqqəti olaraq dayandırıldığını elan edib. SalamNews TASS-a istinadən xəbər verir.
"IndiGo" şirkətinin açıqlamasında qeyd edilir ki, Assamdakı vəziyyətlə əlaqədar bu gün Qüvahati əyalətinin paytaxtına planlaşdırılan uçuşlar təxirə salınıb. "SpiceJet" və "Vistara" şirkətləri də bu bölgəyə uçuşların müvəqqəti olaraq dayandırıldığını elan edib.
Yerli KİV-lər qeyd edir ki, Assamdakı toqquşmalara görə, Qüvahati ilə Dibruqarh şəhəri arasındakı dəmir yolu əlaqəsi də müvəqqəti olaraq dayandırılıb.
|