Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:30 (GMT +4)

Bakı, 12 dekabr, SalamNews. Biləsuvarda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib. Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparılır və əsaslı infrastruktur layihələri həyata keçirilir. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini deyən icra başçısı qeyd edib ki, nəticədə digər sahələr kimi aqrar sahə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.

Nazir İnam Kərimov əlavə edib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemini bu üç prinsipi özündə birləşdirən innovativ bir təşəbbüs adlandıran İnam Kərimov bildirib ki, məqsəd aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etməkdir: “Fermerlər EKTİS-dən subsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər. Bu imkanlardan yararlanmaq üçün fermerlərimiz sistemdə qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır. Artıq bu proses ölkə üzrə demək olar ki, başa çatmaq üzrədir. İndiyədək ölkə üzrə təxminən 410 min fermer EKTİS-də qeydiyyatdan keçib və şəxsi kabinetlərini yaradıb. Noyabr ayından etibarən EKTİS-də qeydiyyatdan keçən fermerlər növbəti il üçün əkdikləri məhsulları bəyan etməyə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən ibarət nümayəndə heyəti də rayonlarda EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüşlər keçirir. Bu günə qədər 34 rayonda belə görüş keçirilib. Biləsuvar rayonu belə görüşlərin təşkil edildiyi 35-ci rayondur. Bu günə olan məlumatlara görə, 190 minə yaxın fermer payızlıq əkinləri bəyan edib. Fermerlər tərəfindən 364 min hektar əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemə daxil edilib”.

Nazir İnam Kərimov vurğulayıb ki, 2020-ci ildən aqrar subsidiyalar EKTİS vasitəsilə fermerlərin bəyanları əsasında veriləcək. Bunu əsas gətirən İnam Kərimov fermerlərimizi aqrar subsidiyalardan yararlanmaq üçün payızlıq əkinləri bəyan etməkdə daha aktiv olmağa çağırıb. O, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarla birgə fermerlərə hərtərəfli dəstək göstəriləcəyini bəyan edib.

Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanlar və bələdiyyə nümayəndələrinin, fermerlərin sualları cavablandırılıb.

Daha sonra nazir İnam Kərimov Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazir İnam Kərimov Dövlət Aqrar İnkişaf Mərkəzində EKTİS-də əkinlərin bəyan edilməsi prosesini izləyib, fermerlərin müraciətlərini dinləyib, DAİM əməkdaşlarına tövsiyələr verib.

Xatırladaq ki, fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, bölgələrə ezam olunmuş səyyar qruplara, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.

Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İnam Kərimov Ağstafa və Tovuzda əkin sahələri, meyvə bağlarında olub

Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə, Tərtər, Füzulidə əkin sahələri və meyvə bağlarına baxış keçirib (FOTO)

İnam Kərimov Bərdə və Tərtərdə əkin sahələrinə baxış keçirib

İnam Kərimov AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüşüb

İnam Kərimov: Azərbaycan ECO-nu regional əməkdaşlığın vacib platforması hesab edir

İnam Kərimov Fransanın Yeni Akiten regionunun vitse-prezidenti ilə görüşüb

İnam Kərimov: «Bunun yalnız bir adı var - vəhşilik və barbarlıq»

Nazir İnam Kərimov İsmayıllıda vətəndaşları qəbul edib

İnam Kərimov və Xalid Əhədova yeni səlahiyyət verilib

İnam Kərimov: Ötən 2 gündə “Caspian Agro” sərgisini ziyarət edənlərin sayı 9 mini keçib

İnam Kərimov İzmirdə keçirilən toplantıda iştirak edir

İnam Kərimov: Məhsul yığılmamışdan əvvəl biz artıq ilkin müsbət nəticəni görürük

İnam Kərimov: 14 rayonda qadın biznes kollektivi yaradılıb

Nazir İnam Kərimov: Kooperativlərin yaradılmasını ilk gündən dəstəkləmişik

Nazir İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək

Nazir İnam Kərimov Fransada səfərdədir

Nazir İnam Kərimov dövlət qulluqçuları ilə görüşüb

Nazir İnam Kərimov Xaçmazda vətəndaşlarla görüşəcək

Nazir İnam Kərimov pambıqçılığa həsr olunmuş müşavirə keçirib 

Nazir İnam Kərimov İmişlidə vətəndaşlarla görüşəcək

18 Yanvar 2021, 11:02 (GMT +4)
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur (FOTO)

18 Yanvar 2021, 10:52 (GMT +4)
Pompeo: ABŞ Navalnının dərhal azadlığa buraxılmasını tələb edir

18 Yanvar 2021, 10:44 (GMT +4)
Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib

18 Yanvar 2021, 10:34 (GMT +4)
İndoneziyada sel səbəbiylə 112 mindən çox insan təxliyə edilib

18 Yanvar 2021, 10:26 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək

18 Yanvar 2021, 10:24 (GMT +4)
Suriyaya neft aparan yeddi tanker terror hücumuna məruz qalıb

18 Yanvar 2021, 10:16 (GMT +4)
Cəbhəboyu ərazilərdə 270 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

18 Yanvar 2021, 10:06 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 95 milyonu keçib

18 Yanvar 2021, 10:02 (GMT +4)
Bakıda evlərdən 6 min manatlıq oğurluq edən şəxs tutulub

18 Yanvar 2021, 09:52 (GMT +4)
İran yerli peyvənddən əlavə 16 milyon koronavirus vaksini aldığını bildirib

18 Yanvar 2021, 09:45 (GMT +4)
Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanılıb

18 Yanvar 2021, 09:38 (GMT +4)
Navalnıy "Şeremetevo" hava limanında saxlanılıb

18 Yanvar 2021, 09:25 (GMT +4)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayır

18 Yanvar 2021, 09:17 (GMT +4)
Tunis inqilabının 9-cu ildönümündə ölkənin əksər əyalətlərində etiraz aksiyaları keçirilib

18 Yanvar 2021, 09:10 (GMT +4)
Bakıda ikimərtəbəli evdə yanğın olub

18 Yanvar 2021, 09:00 (GMT +4)
Azərbaycanda sərt karantin rejimi yumşaldılıb

17 Yanvar 2021, 08:50 (GMT +4)
Bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür

16 Yanvar 2021, 17:00 (GMT +4)
COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb

16 Yanvar 2021, 16:50 (GMT +4)
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb

16 Yanvar 2021, 16:45 (GMT +4)
Braziliyada koronavirusun yeni növünə ikinci dəfə yoluxma qeydə alınıb

16 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycan buğda idxalını 14 % azaldıb

16 Yanvar 2021, 16:27 (GMT +4)
ABŞ-ın səhiyyə naziri Vaşinqtondakı iğtişaşlar səbəbilə istefa verib

16 Yanvar 2021, 16:20 (GMT +4)
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub (FOTO)

16 Yanvar 2021, 16:15 (GMT +4)
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur

16 Yanvar 2021, 16:10 (GMT +4)
ANAMA: Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

16 Yanvar 2021, 16:00 (GMT +4)
Şahmar Möhsümov: Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb

16 Yanvar 2021, 15:52 (GMT +4)
COVID-19-un "İngiltərə" növü ABŞ-da üstünlük təşkil edə bilər

16 Yanvar 2021, 15:45 (GMT +4)
Azərbaycanda keçmiş məhkumdan 36 kq narkotik götürülüb

16 Yanvar 2021, 15:30 (GMT +4)
Postlardan keçməyə cəhd göstərən 1 751 nəqliyyat vasitəsi geri qaytarılıb

16 Yanvar 2021, 15:24 (GMT +4)
Armin Laşet Almaniyada hakim Xristian demokratlar ittifaqının lideri seçilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66