Əlcəzairdə sabiq baş nazirlər həbs ediliblər11 Dekabr 2019, 09:32 (GMT +4) Bakı, 11 dekabr, SalamNews, B.Samid. Əlcəzair məhkəməsi ölkənin sabiq iki baş naziri və digər nazir və rəsmilər barədə həbs hökmü çıxarıb.
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Əlcəzairin Ağır Cinayətlər Məhkəməsi iki sabiq baş nazir Əbdül-Məlik əs-Səllalı və Əhməd Uyahyanı 12 və 15 il azadlıqdan məhrum edib.
Həmçinin ölkənin sabiq sənaye naziri Əbdüssalam Buşavaribə də qiyabi olaraq 20 il iş kəsilib.
Bundan savayı bir neçə yüksək rütbəli sabiq dövlət məmurları 8-15 il azadlıqdan məhrum ediliblər. Mühakimə edilən sabiq rəsmilərin sayı 18 nəfərdir.
Əlcəzairin sabiq məmurları əsasın korrupsiya məsələlərilə bağlı ittiham ediliblər.
Qeyd edək ki, ötən aprel ayında Əbdüləziz Butaflika istefa verdikdən sonra sabiq məmurların mühakiməsi tendensiyası başlayıb. Əlcəzairdə sabah prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub.
|