Tramp Rusiya ilə dialoqun davam edəcəyinə ümid etdiyini bildirib11 Dekabr 2019, 10:26 (GMT +4) Bakı, 11 dekabr, SalamNews. ABŞ prezidenti Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü "çox yaxşı" adlandırıb.
"Xarici işlər naziri Sergey Lavrov və Rusiya nümayəndələri ilə çox yaxşı bir görüş keçirdik", Tramp Twitter-də yazıb.
SalamNews xəbər verir ki, o, "ticarət, İran, Şimali Koreya, raket sazişi, nüvə silahına nəzarət və seçkilərə müdaxilə də daxil olmaqla bir çox məsələnin" müzakirə edildiyini bildirib.
Tramp, Moskva ilə dialoqun yaxın gələcəkdə davam edəcəyinə ümid etdiyini bildirib.
|