ABŞ Səudiyyə Ərəbistanının keçmiş konsuluna sanksiya tətbiq edir11 Dekabr 2019, 09:38 (GMT +4) Bakı, 11 dekabr, SalamNews. ABŞ Dövlət Departamenti, Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Uteibini sanksiya siyahısına salıb. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, o, "The Washington Post" qəzetinin köşə yazarı Camal Kaşıkçıya qarşı təşkil edilən sui-qəsddə iştirakda şübhəli bilinir.
“Camal Kaşıkçının öldürülməsi ağır və qəbuledilməz bir cinayət idi. Bugünkü tədbirlərimiz Kaşıkçanın qətlinə cavab olaraq daha bir vacib addımdır", açıqlamada deyilir.
Kommünike qeyd edilir ki, Dövlət Departamenti "bütün müvafiq faktları araşdırmağa, Konqreslə məsləhətləşməyə və qətllə əlaqəli şəxsləri məsuliyyətə cəlb etmək üçün digər ölkələrlə işləməyə davam edəcək".
|