Ərdoğan Nobel Komitəsinin qərarını pisləyib10 Dekabr 2019, 14:25 (GMT +4) Bakı, 10 dekabr, SalamNews. Ədəbiyyat üzrə Nobel Mükafatı ksenofob baxışları ilə tanın insana verilərsə, bu dünyada bütün insan hüquqlarını pozanlara "mükafat" olacaq.
SalamNews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya yazıçısı və dramaturqu Peter Handkenin Nobel mükafatına namizədliyini şərh edərkən deyib.
Ərdoğanın sözlərinə görə, 9 il ərzində milyonlarla suriyalının faciəsinə məhəl qoymayan dünya birliyi bununla Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə güclü zərbə vurur.
Qeyd edək ki, bu il Ədəbiyyat üzrə Nobel Mükafatı, keçmiş Serb lideri Slobodan Miloseviçi dəstəkləyən və Srebrenitzadakı soyqırımını inkar edən Peter Handkaya verilib.
|