İstanbulda Türkiyə və İran XİN rəhbərləri arasında görüş olub09 Dekabr 2019, 16:53 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.
SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş "Asiyanın Qəlbi - İstanbul Prosesi" nazirlər konfransı çərçivəsində baş tutub.
İkitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə Suriyadakı siyası proses, İraq və Əfqanıstandakı son vəziyyət, regional və beynəlxaql məsələlər barəsində fikir mübadiləsi aparılıb.
|