Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Caspian European Club “ASK Şüşə” zavoduna biznes-tur təşkil edib

10 Dekabr 2019, 09:34 (GMT +4)

Bakı, 10 dekabr, SalamNews. Caspian European Club üzvləri biznes-tur çərçivəsində “ASK şüşə” zavoduna baş çəkiblər.

SalamNews xəbər verir ki, Biznes-tur zamanı biznesmenlərə istehsal olunan məhsulların tam assortimenti və qapalı istehsalat sikli də daxil olmaqla müasir istehsal texnologiyası təqdim olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Zavod xüsusilə regional şüşə qabları bazarında yerli istehsalçıların da istifadə etdikləri rəqabətədavamlı məhsullar istehsal edir.

Zavodun direktoru Zaur Yaqubov qeyd edib ki, bu il yeni istehsalat xəttinin işə salınması zavodun layihədə nəzərdə tutulmuş istehsal gücünü 90 faizədək yüksəltməyə imkan verəcək. Zavodun ümumi istehsal gücü 80-85 mln şüşə tara təşkil edir. Müəssisədə 50-60 yeni iş yeri açılacaq. Onun sözlərinə görə, yaxın gələcəkdə İtaliyanın aparıcı şirkəti ilə əməkdaşlıq barədə razılaşmaya əsasən, yeni avadanlığın quraşdırılmasından sonra bu göstərici iki dəfə artacaq və 160 milyona çatacaq.

“ASK şüşə” MMC 2018-ci ilin fevralında yaradılıb və Azərbaycan Sənaye Korporasiyasının (ASK) strukturuna daxildir. Müəssisə Bakı şəhərində yerləşir.

Klub üzvlərinə verilən məlumata görə, müəssisə 22 ha ərazidə yerləşir və İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz olunub. Yerli xammaldan istifadə etməklə yanaşı, “ASK şüşə” Rusiya, Ukrayna və Tükiyədən də xammal tədarük edir. “Azərbaycan Sənaye Korporasiyası” ASC il ərzində istehsalatı artırmaq və sənaye məhsullarının keyfiyyətini yüksəltmək, həmçinin yeni iş yerləri açmaqla əhalinin maddi rifahını yaxşılaşdırmaq istiqamətində bir sıra vacib işlər həyata keçirir.

Daha sonra qeyri-rəsmi şəraitdə Caspian European Club üzvlərinin ASK rəhbərliyilə görüşü təşkil olunub. Görüşdə ASK rəhbərliyi biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tərəflər mümkün əməkdaşlıq barədə müzakirələr aparıb, ilkin razılaşma əldə ediblər. Telman Əliyev bildirib ki, Caspian European Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlıq qurmaq imkanları ilə daha ətraflı tanış olmaları məqsədilə ənənəvi olaraq iş adamları üçün bu cür biznes-turlar təşkil edir. İl ərzində ondan artıq biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA-nın Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, “Gazelli Group” kosmetika şirkətinin fabrikinə, “Debet Safety” şirkətinin fabrikinə və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşklatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya və Latviyada səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Caspian European Club” rebrendinq keçirir

Caspian European Club Anar Cəbrayıllının iştirakı ilə Online Round Table keçirib

Caspian European Club Zakir Fərəcovun iştirakı ilə B2G Online forumu keçirib

Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

Caspian European Club növbəti onlayn B2G forum keçirib

Caspian European Clubun yeni strukturunun təqdimatı keçirilib

Caspian European Club Vüsal Hüseynovun iştirakı ilə online B2G forum keçirib

Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum təşkil edib

Caspian European Club onlayn B2B FMCG forum təşkil edib

"Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Caspian European Club iki tematik Onlayn B2B Forum təşkil edib

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

Caspian European Club-un ilk ümumi onlayn iclası keçirilib

“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

Caspian European Club müvəqqəti onlayn rejimdə fəaliyyət göstərəcək

Caspian European Club B2B Forum təşkil edib

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

“Caspian European Club” Gürcüstan-Azərbaycan biznes forumunda iştirak edib

Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib

Caspian European Club biznes-tur təşkil edib

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66