Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb

10 Dekabr 2019, 09:14 (GMT +4)

Bakı, 10 dekabr, SalamNews.Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu daha bir toxum mağazasını fermerlərə təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mağaza Cəlilabadda açılıb. Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SalamNews-a verilən məlumata görə, Dövlət Toxum Fondunun sədri Emin Əliyev açılış mərasimində bildirib ki, Fond bu ilin noyabr ayından etibarən Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının da şəbəkə mağazalarında satış və xidmətini həyata keçirir: “Heyvandarlıqda geniş istifadə edilən süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli ətlik və südlük buğa toxumlarının satışı “ToxumArt” mağazaları vasitəsilə daha əlçatandır. Süni mayalandırma üzrə mütəxəssislər burada toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları da əldə edə bilərlər”.

Qeyd edək ki, “dövlət-özəl tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq mağazada toxumçu fermerlərin və Dövlət Toxum Fondunun əməkdaşlıq etdiyi özəl şirkətlərin yetişdirdikləri toxumlar, yerli və xarici aqrotexniki qulluq vasitələri alıcılara təklif olunur.

Bununla yanaşı, mağazada fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da təqdim ediləcək. Məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.

Mağazanın üstünlüklərindən biri odur ki, yerləşdiyi məkan kənd təsərrüfatının inkişaf etdiyi cənub regionunun mərkəzindədir. Beləliklə,mağazanın fəaliyyətə başlaması ilə fermerlərin toxum ehtiyacı və satış imkanları birbaşa tənzimlənəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

KTN: Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

25 Yanvar 2021, 16:42 (GMT +4)
Putin Rusiyada epidemioloji vəziyyətin sabitləşdiyini açıqlayıb

25 Yanvar 2021, 16:42 (GMT +4)
Şəmkir sakinlərindən silah aşkarlanıb

25 Yanvar 2021, 16:31 (GMT +4)
Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib

25 Yanvar 2021, 16:21 (GMT +4)
Azərbaycan XİN rusiyalı deputatın adını «qara siyahı»ya salıb

25 Yanvar 2021, 16:15 (GMT +4)
Bağdad partlayışından sonra onlarla İŞİD üzvü barədə edam hökmü çıxarılıb

25 Yanvar 2021, 16:14 (GMT +4)
Çavuşoğlu: Dəniz quldurları tərəfindən öldürülən azərbaycanlının nəşi Qabona gətirilib

25 Yanvar 2021, 16:05 (GMT +4)
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25 Yanvar 2021, 15:58 (GMT +4)
İngiltərə ölkəyə gələnlər üçün karantini sərtləşdirməyi planlaşdırır

25 Yanvar 2021, 15:53 (GMT +4)
Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib

25 Yanvar 2021, 15:40 (GMT +4)
Qəbələdə evi tərk edən koronavirus xəstəsi saxlanılıb

25 Yanvar 2021, 15:30 (GMT +4)
Ötən il ali dövlət mükafatları ilə təltif edilən prokurorluq işçilərinin sayı açıqlanıb

25 Yanvar 2021, 15:20 (GMT +4)
Avstriya sakinləri maska yerinə respirator taxmağa məcbur edilir

25 Yanvar 2021, 15:20 (GMT +4)
Milli Depozit Mərkəzi yeni strateji planını açıqlayıb

25 Yanvar 2021, 15:10 (GMT +4)
Astarada narkotik alverçisi tutulub 

25 Yanvar 2021, 15:00 (GMT +4)
Bağdadda 32 nəfərin ölümünə səbəb olan kamikadzelərin kimliyi müəyyənləşib

25 Yanvar 2021, 15:00 (GMT +4)
Prezident: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq

25 Yanvar 2021, 14:55 (GMT +4)
İran XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulmasından sonra artıq normal vəziyyət mövcuddur”

25 Yanvar 2021, 14:50 (GMT +4)
Meksika prezidenti koronavirusa yoluxub

25 Yanvar 2021, 14:44 (GMT +4)
"AzerGold" ötən il ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib

25 Yanvar 2021, 14:34 (GMT +4)
Vətən müharibəsi əlilləri və şəhid ailələri 5 il ərzində mərhələlərlə mənzillə təmin olunacaq

25 Yanvar 2021, 14:22 (GMT +4)
Ötən il xarici ölkələrdən Azərbaycana 7 nəfər ekstradisiya olunub

25 Yanvar 2021, 14:11 (GMT +4)
Bayden Makronla söhbətində transatlantik münasibətləri gücləndirməyə hazır olduğunu açıqlayıb

25 Yanvar 2021, 14:05 (GMT +4)
Salyanda restorandan 3 min manatlıq oğurluq edilib

25 Yanvar 2021, 13:54 (GMT +4)
Mikayıl Cabbarov: Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına təkan verəcək

25 Yanvar 2021, 13:42 (GMT +4)
Fransa polisi komendant saatının pozulmasına görə 110 min cərimə yazıb

25 Yanvar 2021, 13:37 (GMT +4)
İrana məxsus bir tanker İndoneziya sahillərində saxlanılıb

25 Yanvar 2021, 13:35 (GMT +4)
Azərbaycanda saxlamada olan qiymətli kağızların ümumi dəyəri 5% artıb

25 Yanvar 2021, 13:25 (GMT +4)
Azərbaycanda qızıl ucuzlaşıb

25 Yanvar 2021, 13:15 (GMT +4)
Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

25 Yanvar 2021, 13:08 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 70 minə yaxınlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66