Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb - Xələf Xələfov09 Dekabr 2019, 11:45 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb.
SalamNews -un məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
Onun sözlərinə görə, bu məsələdə tərəflər arasında anlaşılmazlıq yoxdur.
"İşlərimiz plana uyğun olaraq davam edir. İşin 30-40 faizi tamamlanıb. İnşallah bu işi 2-3 il ərzində tamamlayacağıq", o deyib.
Nazir, həmçinin demarkasiya ilə bağlı işçi qrupunun növbəti iclasının gələn ilin birinci rübündə baş tuta biləcəyini qeyd edib.
|