Təbiətin Mühafizə Cəmiyyəti Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası təşkil edib06 Dekabr 2019, 18:48 (GMT +4) Bakı, 6 dekabr, SalamNews. Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağac əkilməsi təşəbbüsü ilə bağlı aksiya Binəqədi rayonunda da keçirilib.
SalamNews xəbər verir ki, Nəsimi irsinin beynəlxalq aləmdə təbliği, onun xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında Təbiətin Mühafizə Cəmiyyəti də akitv iştirak edib.
Ağacəkmə kampaniyasında Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, tələbələr, icitimai fəallar, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Ağacəkmə kampaniyasında müxtəlif gül və kol bitkiləri əklib.
Mərasimdə çıxış edənlər bu aksiyanın insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönələn xeyirxah ənənənin əsasını qoyacağından söz açıblar.
Bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.
|