Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

TRACECA-ya sədrlik Azərbaycana keçib

07 Dekabr 2019, 11:39 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews.Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib və Komissiyaya sədrlik Azərbaycana ötürülüb.

Bu barədə SalamNews-a İqtisadiyyat Nazirliyindən bildirilib.

İclasda TRACECA-ya üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

İqtisadiyyat naziri, TRACECA Hökumətlərarası Komissiyasının yeni sədri Mikayıl Cabbarov Azərbaycanın sədrliyi dövründə qurumun daha da inkişaf edəcəyinə, TRACECA-nın regionda aparıcı nəqliyyat dəhlizi kimi güclənəcəyinə əminliyini ifadə edib.

Mikayıl Cabbarov “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclası çərçivəsində aparılan müzakirələrin təşkilatın möhkəmlənməsində və üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb.

Bildirilib ki, TRACECA çərçivəsində görülən genişmiqyaslı işlər Avrasiyanın enerji və nəqliyyat xəritəsinin əhəmiyyətli hissəsinə çevrilib və regionun nəqliyyat xəritəsini formalaşdırıb.

Sonra TRACECA-nın Baş katibi Mirça Çiopraqanın TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin 13-cü iclasından keçən dövr ərzində gördüyü işlər barədə hesabatı dinlənilib.

TRACECA-nın Azərbaycan üzrə Milli Katibi Akif Mustafayev Avropa-Qafqaz-Asiya dəhlizinin böyük imkanlarının olduğunu qeyd edib, ölkəmizdə nəqliyyatın inkişafı və şaxələndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Üzv və müşahidəçi ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Əsas Çoxtərəfli Saziş üzrə qərar və tövsiyələrin icrasına dair məlumat verib, üzv ölkələr tərəfindən həyata keçirilən qlobal miqyaslı təşəbbüslərin regionu mühüm nəqliyyat qovşağına çevirdiyini qeyd ediblər.

İclasda beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək TRACECA-nın strateji əhəmiyyətli layihələrin reallaşdırılması baxımından önəmli platforma olduğunu və regionun tranzit cəlbediciliyini artırdığını diqqətə çatdırıblar.

Tədbirdə Komissiyanın 2016-2026-cı illər üçün Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizinin inkişafı Strategiyasının 2018-2021 il üzrə Tədbirlər Planının icra vəziyyəti, 2018-ci il üzrə beynəlxalq avtomobil daşımalarına dair TRACECA-nın icazə sisteminin hesabatı, digər üzv ölkələrin TRACECA multimodal daşımalarının inkişafı haqqında Sazişə qoşulması və digər məsələlər barədə müzakirələr aparılıb.

Komissiyanın iclası çərçivəsində TRACECA-nın fəaliyyəti ilə bağlı bir sıra sənədlər təsdiq edilib və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş Katibliyinə seçkilər keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşımalar 11% artıb

18 Yanvar 2021, 11:22 (GMT +4)
Caspian Energy Club Qara Dəniz nümayəndəliyin yaradacaq

18 Yanvar 2021, 11:12 (GMT +4)
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub

18 Yanvar 2021, 11:02 (GMT +4)
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur (FOTO)

18 Yanvar 2021, 10:52 (GMT +4)
Pompeo: ABŞ Navalnının dərhal azadlığa buraxılmasını tələb edir

18 Yanvar 2021, 10:44 (GMT +4)
Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib

18 Yanvar 2021, 10:34 (GMT +4)
İndoneziyada sel səbəbiylə 112 mindən çox insan təxliyə edilib

18 Yanvar 2021, 10:26 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək

18 Yanvar 2021, 10:24 (GMT +4)
Suriyaya neft aparan yeddi tanker terror hücumuna məruz qalıb

18 Yanvar 2021, 10:16 (GMT +4)
Cəbhəboyu ərazilərdə 270 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

18 Yanvar 2021, 10:06 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 95 milyonu keçib

18 Yanvar 2021, 10:02 (GMT +4)
Bakıda evlərdən 6 min manatlıq oğurluq edən şəxs tutulub

18 Yanvar 2021, 09:52 (GMT +4)
İran yerli peyvənddən əlavə 16 milyon koronavirus vaksini aldığını bildirib

18 Yanvar 2021, 09:45 (GMT +4)
Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanılıb

18 Yanvar 2021, 09:38 (GMT +4)
Navalnıy "Şeremetevo" hava limanında saxlanılıb

18 Yanvar 2021, 09:25 (GMT +4)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayır

18 Yanvar 2021, 09:17 (GMT +4)
Tunis inqilabının 9-cu ildönümündə ölkənin əksər əyalətlərində etiraz aksiyaları keçirilib

18 Yanvar 2021, 09:10 (GMT +4)
Bakıda ikimərtəbəli evdə yanğın olub

18 Yanvar 2021, 09:00 (GMT +4)
Azərbaycanda sərt karantin rejimi yumşaldılıb

17 Yanvar 2021, 08:50 (GMT +4)
Bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür

16 Yanvar 2021, 17:00 (GMT +4)
COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb

16 Yanvar 2021, 16:50 (GMT +4)
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb

16 Yanvar 2021, 16:45 (GMT +4)
Braziliyada koronavirusun yeni növünə ikinci dəfə yoluxma qeydə alınıb

16 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycan buğda idxalını 14 % azaldıb

16 Yanvar 2021, 16:27 (GMT +4)
ABŞ-ın səhiyyə naziri Vaşinqtondakı iğtişaşlar səbəbilə istefa verib

16 Yanvar 2021, 16:20 (GMT +4)
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub (FOTO)

16 Yanvar 2021, 16:15 (GMT +4)
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur

16 Yanvar 2021, 16:10 (GMT +4)
ANAMA: Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

16 Yanvar 2021, 16:00 (GMT +4)
Şahmar Möhsümov: Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb

16 Yanvar 2021, 15:52 (GMT +4)
COVID-19-un "İngiltərə" növü ABŞ-da üstünlük təşkil edə bilər

16 Yanvar 2021, 15:45 (GMT +4)
Azərbaycanda keçmiş məhkumdan 36 kq narkotik götürülüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66