Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:39 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews.Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi və ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı verdiyi sərəncamlara uyğun olaraq Bakı Dövlət Universitetində (BDU) böyük Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub, ideya problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

SalamNews xəbər verir ki, BDU-nun Filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə açan rektor Elçin Babayev böyük mütəfəkkir İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən danışıb, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsimi irsinin sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs edib. Elçin Babayev yubiley tədbirləri çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağacəkmə aksiyasında BDU-nun da fəal iştirak etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nəsiminin yubileyi ilə əlaqədar bir sıra mədəni-kütləvi tədbirlərin keçirildiyini də xatırladan rektor, əsərlərində mədəni müxtəlifliyi, humanist ideyaları əks etdirən Nəsimi yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişaf tarixini öyrənmək baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib.

Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək ölkəmizdə ədəbiyyat xadimlərinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin 2019-cu ildə görkəmli ədəbi şəxsiyyətlərin yubileyləri ilə bağlı imzaladığı sərəncamlardan söz açıb, Nəsiminin 650 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində BDU-da görülən işlər haqqında məlumat verib. Böyük şairin həyat və yaradıcılığından danışan dekan Nəsimi poeziyasının dil-üslub özəllikləri, bədii-fəlsəfi mahiyyəti ilə bağlı mühüm məqamları diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, konfransa respublikamızın müxtəlif ali məktəblərindən və AMEA-nın institutlarından təqdim olunan məqalələrdə Nəsimi irsi fərqli aspektlərdən tədqiqata cəlb edilib.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bütövlükdə türk dünyasının dahi şairi, mütəfəkkiri, filosofu Nəsimi ilə bağlı keçirilən konfransı yüksək qiymətləndirib, bölmə iclaslarında dinləniləcək məruzələrin onun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd edib. O, Nəsimi poeziyasının mahiyyəti haqqında danışıb, dahi mütəfəkkirin əsərlərində hürufilik fəlsəfəsi, insan gözəlliyinin vəsfi, insanla dinin əlaqəsi kimi fəlsəfi baxışları sələflərinin ideya davamı kimi qiymətləndirib.

Daha sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayevanın “Böyük Azərbaycan şairi Nəsimi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Nəsimi sözünün qüdrətindən, onun yaradıcılığında mühüm yer tutan kamil insan problemindən söz açıb, təsəvvüf ədəbiyyatının mahir söz ustalalarından olan filosof şairin şeirlərindən nümunələr səsləndirib.

Plenar iclasda Nəsimiyə həsr olunmuş videomaterial nümayiş etdirilib, Filologiya fakültəsi tələbələrinin Nəsimiyə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. Ümumilikdə 10 bölmədə 85 məruzə dinlənilib.

Qeyd edək ki, konfrans materialları kitab şəklində nəşr ediləcək.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDU-da imtahanlara ictimai baxış keçirilib

BDU-da Hindistan Mədəniyyət Mərkəzi açılacaq

BDU ilə Rumıniya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

BDU-da Ulu Öndərə həsr olunuş məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

BDU-da Şirməmməd Hüseynovun barelyefi açılıb (FOTO)

“Əbədi ezamiyyət” sənədli filminin BDU-da nümayişi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib

AQTA sədri: "BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb"

Xalq yazıçısı Çingiz Abdullayev gənclərlə görüşüb

Pərvanə İbrahimova BDU-nun yubiley medalı ilə təltif edilib

Təhsil naziri BDU-nun əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

BDU-nun 100 illiyinə həsr olunmuş Məzun Forumu keçiriləcək

Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

BDU-nun bütün əməkdaşlarına 500 manat mükafat veriləcək

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66