Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:13 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews.Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, Macarıstanlı musiqiçi Erdi Tamaş və Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti təşkil olunub.

SalamNews xəbər verir ki, konsert Macarıstanın ölkəmizdəki səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb. Bildirib ki, belə tədbirlər qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verir.

Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinə toxunub və bildirib ki, əlaqələr yüksək səviyyədə inkişaf edir, mövcud ikitərəfli əməkdaşlıq daha da genişləndirilib. Nazir müavini deyib ki, 600-dən çox Azərbaycan vətəndaşı Macarıstan hökumətinin təqaüdü ilə ali təhsilin müxtəlif səviyyələri üzrə həmin ölkədə təhsil almaq hüququ qazanıb. Firudin Qurbanov iki ölkənin ali təhsil müəssisələri arasında mövcud sıx əməkdaşlığa da diqqət çəkib.

Nazir müavini ötən il də Macarıstan səfirliyinin təşkilatçılığı ilə eyni məzmunlu xeyriyyə konsertinin təşkil olunduğunu, tədbirdən toplanmış bütün vəsaitin sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi üçün Brayl çap maşının əldə olunmasına yönəldiyini xatırladıb.

Nazir müavini çıxışının sonunda ölkəmizdə xeyriyyə məzmunlu tədbirlərin davamlı təşkilini dəstəklədiyini qeyd edib.

Daha sonra Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edən, uşaq ikən görmə qabiliyyətini itirən Tamaş Erdi azərbaycanlı həmkarı Əyyub Quliyevlə səhnəni paylaşıb.

Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada tədbirə özəl gətirilmiş qış mövsümünün başlanğıcını simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılıb.

Qeyd edək ki, konsertin bilet satışından əldə olunan gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və sağlamlıq imkanları məhdud olan uşaqlar və 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönləndiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

Prezident İlham Əliyevin xalqa müraciətinin tam mətni

Türkiyə Parlamenti Fransa Senatının Qarabağla bağlı qətnaməsini pisləyib

Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

Türkiyə XİN Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibət bildirib

Azərbaycan XİN: Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil

KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

Kreml: Qarabağın statusu ilə bağlı BMT TŞ-nın qətnamələrindən çıxış etmək lazımdır

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul edib

NRYTN: Düşmənin telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır

KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

NRYTN: Daha bir erməni saxtakarlığı aşkar edilib

NRYTN: Düşmən kibermühitdə təxribatlarını davam etdirir

KTN: Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

XİN: BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır

Azərbaycandakı etnik icma rəhbərləri bəyanat yayıb

Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

Türkiyə Avropa Parlamentinin qətnaməsini pisləyib

02 Dekabr 2020, 10:00 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

02 Dekabr 2020, 09:58 (GMT +4)
İsraildə iki hücum həyata keçirilib, ölənlər var

02 Dekabr 2020, 09:48 (GMT +4)
Bayden Maliyyə naziri postuna namizədini təqdim edib

02 Dekabr 2020, 09:45 (GMT +4)
İƏT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib

02 Dekabr 2020, 09:30 (GMT +4)
“Döyüşdə fərqlənməyə görə” medalının əsasnaməsi təsdiqlənib

02 Dekabr 2020, 09:22 (GMT +4)
İran Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazır olduğunu bildirib

02 Dekabr 2020, 09:15 (GMT +4)
Ceyhun Bayramovun qətərli həmkarı ilə telefon danışığı olub

02 Dekabr 2020, 09:13 (GMT +4)
Eyfel qülləsi dekabr ayında ziyarətçilər üçün açılacaq

02 Dekabr 2020, 09:00 (GMT +4)
“Euronews” telekanalı Ağdamın erməni işğalından azad olunması ilə bağlı növbəti sujet yayımlayıb (VİDEO)

01 Dekabr 2020, 17:55 (GMT +4)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

01 Dekabr 2020, 17:43 (GMT +4)
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

01 Dekabr 2020, 17:36 (GMT +4)
ARDNF valyuta hərraclarındakı satışını 17% artırıb

01 Dekabr 2020, 17:25 (GMT +4)
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq

01 Dekabr 2020, 17:22 (GMT +4)
İraqı qorumaq üçün Amerika qoşunlarına ehtiyacımız yoxdur - Deputat

01 Dekabr 2020, 17:12 (GMT +4)
Azərbaycanın 5 şahmatçısı FIDE reytinqində irəliləyib

01 Dekabr 2020, 16:56 (GMT +4)
Gəncə məktəblisi beynəlxalq yarışmada bürünc medal qazandı!

01 Dekabr 2020, 16:45 (GMT +4)
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb

01 Dekabr 2020, 16:32 (GMT +4)
Prezident: "Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”

01 Dekabr 2020, 16:28 (GMT +4)
Şabranda yaşadıqları evi tərk edən COVID-19 xəstələri müəyyən edilib

01 Dekabr 2020, 16:18 (GMT +4)
AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib (FOTO)

01 Dekabr 2020, 16:04 (GMT +4)
Kabildə partlayışlar planlayan terror qrupu ələ keçib

01 Dekabr 2020, 15:50 (GMT +4)
TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb

01 Dekabr 2020, 15:33 (GMT +4)
Dekabrın 2-dən hansı şəxslərin səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəyi məlum olub

01 Dekabr 2020, 15:25 (GMT +4)
Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

01 Dekabr 2020, 15:10 (GMT +4)
Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzalayıb

01 Dekabr 2020, 15:00 (GMT +4)
İranda nüvə sazişinin öhdəliklərilə bağlı hökumətlə parlament arasında fikir ayrılığı yaranıb

01 Dekabr 2020, 14:57 (GMT +4)
Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 14:43 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

01 Dekabr 2020, 14:20 (GMT +4)
Mingəçevirdə karantin postunda COVID-19 xəstələri saxlanılıblar

01 Dekabr 2020, 14:08 (GMT +4)
Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66