Fransadakı nümayişlərdə təxminən 1,5 milyon insan iştirak edir06 Dekabr 2019, 11:45 (GMT +4) Bakı, 6 dekabr, SalamNews. Fransada pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyalarında təxminən 1,5 milyon insan iştirak edir. SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Daxili İşlər Nazirliyinin hesablamalarına görə, etirazçı sayı ölkə daxilində 806 min nəfərdir, onlardan 65 mini paytaxtdadır.
Paris, Tuluza, Lion, Montpelye, Marsel və Bordoda minlərlə insanın iştirakı ilə aksiyalar keçirilir. Hökümətin məlumatına görə, etiraz edən hər dörd nəfərdən biri məmurdur.
|