Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Mərkəzi Bankın sədri Dünya Bankının regional direktoru ilə görüşüb

06 Dekabr 2019, 11:17 (GMT +4)

Bakı, 6 dekabr, SalamNews.Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında görüş keçirilib.

AMB-dən SalamNews-a bildirilib ki, görüşdə Mərkəzi Bankın sədri E.Rüstəmov ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə yeni nəsil islahatlara start verildiyini qeyd edib. Bildirib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı islahatlar ölkədə yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün zəmin yaradır. O, bildirib ki, son dövrlər həyata keçirilən struktur-institusional islahatlar keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi dəstəkləyir. E.Rüstəmov bu islahatların Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəldiyini vurğulayıb. Qeyd olunub ki, ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq daima mühüm rol oynayıb. Bu əməkdaşlığın mühüm istiqamətlərindən birini DB ilə əlaqələr təşkil edir.

S.Molineus DB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində ölkədə həyata keçirilən layihələrin statusu barədə məlumat verib və Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara Dünya Bankının tam dəstəyini ifadə edib. O, maliyyə sektorunun modernizasiyasının, eləcə də maliyyə resurslarına çıxış imkanlarının artırılmasının özəl sektorun inkişafına töhfə verəcəyini bildirib. Qeyd edib ki, DB müvafiq texniki yardımın göstərilməsinə, islahatların həyata keçirilməsində zəruri dəstəyin verilməsinə hazırdır.

E.Rüstəmov son təşkilati dəyişikliklər də nəzərə alınmaqla hazırda qarşıda duran mühüm islahat istiqamətlərindən birinin ölkənin maliyyə sektorunun inkişaf etdirilməsi, bu sektorun dayanıqlığının qorunması, maliyyə dərinliyinin artırılması və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, maliyyə sektorunun iqtisadi artım prosesinin dəstəklənməsi və real sektorla əlaqələrin gücləndirilməsi olduğunu deyib. Mərkəzi Bankın sədri maliyyə institutlarının, xüsusilə kredit institutlarının biznes modelinin yeni iqtisadi situasiyaya adaptasiyasının, sektorda yeni artım strategiyası və maliyyə dayanıqlığının optimal balanslaşdırılmasının və əlavə risk akkumulyasiya olunmasına yol verilməməsinin vacibliyini diqqətə çatdırıb.

E.Rüstəmov mövcud islahatlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə, mühüm əhəmiyyət kəsb edən maliyyə sektorunun nəzarət və tənzimləmə prosesinin ən yaxşı beynəlxalq təcrübə və standartlarına uyğunlaşdırılması istiqamətində DB ilə birgə işlər aparacağına və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.

Görüşdə Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMB: Manatla müddətli əmanətlər 27 faiz artıb

Yeddi ölkə BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum olub

AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edib

Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstərici əldə olunub

Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

Azad Rəhimov Baş Assambleyaların məhz Zirvə Toplantılarından öncə keçirilməsini təklif etdi (FOTOLAR)

Bakıda pambıq daşıyan yük maşını yanıb

AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib

AMB ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb

Nazir Avropa Olimpiya Komitələri 48-ci Baş Assambleyasında çıxış edib

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib

Prezident İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul edib

Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

Azərbaycan bu il pambıq istehsalını artıracaq

Hikmət Hacıyev Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışına münasibət bildirib

Azərbaycan Avropa Voleybol Konfederasiyasının Baş Assambleyasında iştirak edəcək

Boris Conson vaxtından əvvəl BMT Baş Assambleyasını tərk edərək Londona qayıdıb

Azərbaycanda kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb

Qırğızıstan məhkəməsi Almazbek Atambayevin həbs müddətini uzadıb

AMB 20 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb

22 Yanvar 2020, 18:10 (GMT +4)
İradə İbrahimova: Havanın dəyişəcəyi ilə bağlı əhalini ehtiyatlı olmağa çağırırıq

22 Yanvar 2020, 18:00 (GMT +4)
Azərbaycan və Polşa prezidentləri Davosda görüşüb

22 Yanvar 2020, 17:54 (GMT +4)
Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

22 Yanvar 2020, 17:50 (GMT +4)
Paraqvay prezidenti denge xəstəliyinə yoluxub

22 Yanvar 2020, 17:48 (GMT +4)
Səudiyyə Ərəbistanı İranla danışıqlara hazır olduğunu bildirib

22 Yanvar 2020, 17:48 (GMT +4)
Britaniyanın Azərbaycandakı səfiri Bakı Limanı ilə tanış olub

22 Yanvar 2020, 17:43 (GMT +4)
Azərbaycan və Monqolustan prezidentlərinin Davosda görüşü olub

22 Yanvar 2020, 17:33 (GMT +4)
Donald Tramp orta sinif insanlara vergi endirimləri söz verib

22 Yanvar 2020, 17:23 (GMT +4)
Netanyahu İordan vadisinin İsrailə əlavə edilməsi üçün ABŞ-dan «yaşıl işıq» gözləyir

22 Yanvar 2020, 17:23 (GMT +4)
Azərbaycanda ali məktəblərə qəbul imtahanların vaxtı açıqlanıb

22 Yanvar 2020, 17:13 (GMT +4)
Türkiyə Rusiyanı İdlibə dair öhdəliklərini yerinə yetirməyə çağırır

22 Yanvar 2020, 17:10 (GMT +4)
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub

22 Yanvar 2020, 16:55 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub

22 Yanvar 2020, 16:52 (GMT +4)
KİV: Zelenski Ukrayna rəhbərliyində ən az maaş alan məmurdur

22 Yanvar 2020, 16:34 (GMT +4)
"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

22 Yanvar 2020, 16:29 (GMT +4)
ABŞ Dövlət Katibi ilk dəfə Belarusa səfər edəcək

22 Yanvar 2020, 16:25 (GMT +4)
Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

22 Yanvar 2020, 16:20 (GMT +4)
AzTU məzunları Abşeron Logistika Mərkəzində işlə təmin olunacaq

22 Yanvar 2020, 16:00 (GMT +4)
Xəzər dənizinin səviyyəsinin öyrənilməsinin yeni modeli hazırlanır

22 Yanvar 2020, 15:58 (GMT +4)
Tramp AB-ni avtomobil rüsumu tətbiq etməklə hədələyib

22 Yanvar 2020, 15:49 (GMT +4)
İraq və ABŞ prezidentləri görüşüblər

22 Yanvar 2020, 15:44 (GMT +4)
Azərbaycanın ən yaxşı dizaynerləri bəlli olacaq

22 Yanvar 2020, 15:32 (GMT +4)
Yunanıstanın prezidenti ilk dəfə qadın olacaq

22 Yanvar 2020, 15:27 (GMT +4)
AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir

22 Yanvar 2020, 15:10 (GMT +4)
ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2020, 15:02 (GMT +4)
Gürcüstanın ikinci Baş naziri Tengiz Siqua vəfat edib

22 Yanvar 2020, 14:53 (GMT +4)
Haşd-Şabi ABŞ-in terror etdiyi Mehdi əl-Mühəndisin yerinə kimsənin təyin edilmədiyini bildirib

22 Yanvar 2020, 14:33 (GMT +4)
Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

22 Yanvar 2020, 14:18 (GMT +4)
Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib

22 Yanvar 2020, 14:09 (GMT +4)
AQTA növbəti reyd keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66