Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

05 Dekabr 2019, 17:09 (GMT +4)

Bakı, 5 dekabr, SalamNews5 dekabr Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fəaliyyət göstərən könüllü gənclərlə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü gəncləri qəbul edərək, ölkəmizdə könüllülüyün milli dəyərlərimizdən qaynaqlandığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərən gənclər həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər.

Həmçinin qeyd edilib ki, müvafiq qanunvericilik bazası olan könüllülük hərəkatı hər bir gəncə özünü ifadə etmək, gələcək karyera üçün təcrübə toplamaq və yeni dostlar qazanmaq imkanı verir. Qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərməklə gənclərimiz həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər. İki aylıq könüllülük fəaliyyəti dövründə gənclər komitənin struktur bölmələrində konkret tapşırıqlar yerinə yetirib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, öz biliklərini artırıb, qaçqın və məcburi köçkünlərlə iş təcrübəsi əldə ediblər.

R.Rzayev əlavə edib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli prioritet məsələ olmaqla yanaşı, bu gün əsas məqsəd və hədəf yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizi doğma torpaqlarımıza - Qarabağa qaytarmaqdır. Bu yolda görülən hər bir iş qələbəyə doğru növbəti addımdır. Bu yolda bizə yardımçı olanlarla, xüsusilə, müəyyən müddətdə Dövlət Komitəsinin müvafiq şöbələrində könüllü kimi çalışan gənclərə təşəkkür edir, gələcək fəaliyyətlərində, eləcə də təhsil karyeralarında onlara uğurlar arzulayırıq.

Dövlər Komitəsinin sədri gənc könüllülərin fəaliyyətini müsbət qiymətləndirib: “Bizim Şamaxıda məcburi köçkünlər üçün keçirdiyimiz “Bir gün Qarabağda” tədbirimizdə könüllülər yüksək fəaliyyətləri ilə seçildilər. Onlara öz təşəkkürümü bildirirəm. Eləcə də, artıq bir neçə müddətdir komitənin müəyyən şöbələrində fəaliyyət göstərən könüllülər var ki, onların işlərini də müsbət dəyərləndiririk. Könüllülər tək bizim komitədə deyil, eləcə də beynəlxalq tədbirlərdə Azərbaycanın imicinin formalaşmasında müsbət rol oynayırlar.

Dövlət Komitəsinin müxtəlif şöbələrində mütəxəssislərlə birlikdə çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Laçın rayonundan məcburi köçkün, gənc könüllü Şəlalə Əliyev: “Dövlət Komitəsində iki ay müddətində öyrəndiyim praktik bilgilərə görə təşəkkür edirəm. Bizlər üçün çox faydalı oldu. Bizim timsalımızda bütün gənclərə dəyər verdiyiniz üçün minnətdarlığımı bildirirəm”.

Gənc könüllü Gülüzə Mehdiyeva: “Cənab sədr ilk öncə sizə təşəkkürümü bildirirəm. Çox böyük təcrübə qazandıq. Bu təcrübə bizə gələcək iş həyatımızda daha da uğur qazanmağımızda yardım olacaq”.

Gənc könüllü Zeynəb Hüseynova: “İki aylıq təcrübə proqramımızın başa çatması 5 dekabr – Beynəlxalq Könüllülər Gününə təsadüf edir. Bu münasibətlə bütün könüllü gəncləri təbrik edirəm. Cənab sədr bizə bu cür dəyər, qiymət verdiyiniz üçün sizə də ayrıca minnətdarlığımı ifadə edirəm”.

Gənc Könüllü Günay Ələkbərova: “Qısa müddətdə çox şey öyrəndik. Rövşən müəllim başda siz olmaqla, bizə işləri yaxından öyrənməkdə yardımçı olan bütün kollektivə təşəkkür edirəm”.

Daha sonra Dövlət Komitəsinin sədri iki aylıq könüllülük fəaliyyətini başa çatdıran daha bir qrup gəncə sertifikatlarını təqdim edib. Sonda xatirə şəkli çəkdirib.

Tədbirdə Dövlət Komitəsi sədr müavini Fuad Hüseynov, Aparat rəhbəri Eldar Zeynalov, İnsan resursları sektorunun müdiri - Həbib Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və komitənin digər əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, Dövlət Komitəsində könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Hazırda komitədə 12 nəfər gənc könüllü fəaliyyət göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Rövşən Rzayev Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib

Rövşən Rzayev: Büdcə gəlirləri məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir

Rövşən Rzayev BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb

Rövşən Rzayev: Dünya birliyi işğalıçıya hələ də kifayət qədər təsir göstərmir

Baba Rzayevlə Türkiyənin Azərbaycandakı səfiri arasında görüş keçirilib

Ramiz Rzayev: 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb

Komitə sədri Rövşən Rzayev Goranboyda vətəndaşları qəbul edib

Rövşən Rzayev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Komitə sədri Rövşən Rzayev məcburi köçkünləri qəbul edib

Rövşən Rzayev Qaradağda məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri ilə görüşüb

Rövşən Rzayev məcburi köçkünləri qəbul edib

Rövşən Rzayev: Cocuq Mərcanlı Azərbaycan xalqının əzəli torpaqlarına qayıdışının simvoludur

Rövşən Rzayev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Rövşən Rzayev UAFA-nın rəhbəri ilə görüşüb

Rövşən Rzayev qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev: "Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacaq"

Rövşən Rzayev 100 yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib (FOTO)

Rövşən Rzayev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti ilə görüşüb

Rövşən Rzayev: Azərbaycanla Dünya Bankı arasında əməkdaşlıq uğurla davam etdirilir

21 Yanvar 2020, 18:45 (GMT +4)
Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

21 Yanvar 2020, 18:00 (GMT +4)
Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

21 Yanvar 2020, 17:48 (GMT +4)
Türkiyə İtaliya, Almaniya və Yunanıstanla birgə hərbi təlimlər keçirir

21 Yanvar 2020, 17:46 (GMT +4)
«Ən-Nusra» Hələbin qərb rayonlarına raket və mərmi atıb, ölənlər var

21 Yanvar 2020, 17:20 (GMT +4)
Türkiyə XİN rəhbəri: Ərdoğan Putini İdlibdəki hücumların dayandırılmasına kömək etməyə çağırıb

21 Yanvar 2020, 17:05 (GMT +4)
Generallar «Qırmızı Körpü» gömrük-sərhəd buraxılış məntəqəsində olublar

21 Yanvar 2020, 16:59 (GMT +4)
İran Ukrayna təyyarəsini vuran havadan müdafiə raketinin növünü açıqlayıb

21 Yanvar 2020, 16:52 (GMT +4)
Hindistanda cütlük toy hədiyyəsini açarkən partlayış baş verib 

21 Yanvar 2020, 16:45 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsullarının BƏƏ-nin ixracı imkanları müzakirə edilib

21 Yanvar 2020, 16:25 (GMT +4)
AzTU-da vorkşop keçirilib

21 Yanvar 2020, 16:13 (GMT +4)
İtaliyada evlər 1 avroya satışa çıxarılıb

21 Yanvar 2020, 16:00 (GMT +4)
Nazir müavini: Ölkəmizdə media təhsili üçün maneə yoxdur

21 Yanvar 2020, 15:58 (GMT +4)
Oman Sultanlığının XİN rəhbəri son iki həftədə ikinci dəfə olaraq Tehrana gedib

21 Yanvar 2020, 15:43 (GMT +4)
“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

21 Yanvar 2020, 15:25 (GMT +4)
Tramp iqtisadi forumda iştirak etmək üçün Davosa gedib

21 Yanvar 2020, 15:07 (GMT +4)
Nazirlik: Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

21 Yanvar 2020, 14:58 (GMT +4)
Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub

21 Yanvar 2020, 14:50 (GMT +4)
Ərəblərə qalib gəldik, indi əsas hədəfimiz İrana qalib gəlməkdir - Netanyahu

21 Yanvar 2020, 14:50 (GMT +4)
ÜST Çində yayılan yeni koronavirus səbəbiylə təcili iclas keçirəcək

21 Yanvar 2020, 14:25 (GMT +4)
İnterpolun keçmiş rəhbəri 13,5 illik həbs cəzasına məhkum edilib

21 Yanvar 2020, 14:13 (GMT +4)
İŞİD-in «neft-qaz naziri» öldürülüb

21 Yanvar 2020, 13:31 (GMT +4)
Bakı Ali Neft Məktəbinin yeddi tələbəsi İspaniyada təhsil alacaq

21 Yanvar 2020, 13:18 (GMT +4)
Pompeo: ABŞ Venesuelada hakimiyyəti dəyişdirməyə çalışır

21 Yanvar 2020, 13:06 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

21 Yanvar 2020, 12:51 (GMT +4)
Ağ Ev Donald Trampın Davos görüşləri barədə məlumat yayıb

21 Yanvar 2020, 12:42 (GMT +4)
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

21 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Cənubi-Koreya da Hörmüzə hərbi gəmi göndərir

21 Yanvar 2020, 12:22 (GMT +4)
Quterreş BMT Təhlükəsizlik Şurasına Liviya  konfransının nəticəsi barədə məlumat verəcək

21 Yanvar 2020, 12:12 (GMT +4)
“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

21 Yanvar 2020, 12:09 (GMT +4)
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66