Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İş adamı: «AgroBirja»nın iş prinsipi bazarın individuallığı və spesifikliyinə görə formalaşır

05 Dekabr 2019, 16:28 (GMT +4)

Bakı, 5 dekabr, SalamNews. "AgroBirja" layihəsi regionun ilk aqrar sahə birjasıdır. "TimeSoft" şirkətinin yaratdığı platforma Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərməkdədir. Platformanın iş prinsipi kənd təsərrüfatı bazarının individuallığına və spesifikliyinə görə formalaşmaqdadır.

Bunu SalamNews-a "TimeSoft" şirkətinin həmtəsisçisi və qurucusu Elvin Abbasov "AgroBirja"nın hədəf və məqsədləri barədə danışarkən deyib.

Abbasov kənd təsərrüfatı sektorunun hər bir ölkə iqtisadiyyatının vacib strateji sahəsi olduğunu qeyd edib. Onun fikrincə, bu sektoru inkişaf etdirmək üçün hər cür ara vasitələrdən istifadə edilməlidir.

"Birja bu vasitələrdən biridir. Birja ticarətinin vacibliyini düzgün başa düşmək lazımdır. Amma dünyada aqrar birjalar azlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları əmtəə birjasının spektrlərindən biridir. Bu birjanı yaratmaqda məqsədimiz dünya bazarında (rəqabət baxımından) Azərbaycanın daha da strateji mövqe tutmasını təmin etməkdir".

Platformanın hədəfinin, regionda bu istiqamətdə fəaliyyət göstərən şirkətlərin sözügedən platformadan yararlanaraq öz məhsullarını daha rahat bir şəkildə yerli və dünya bazarına çıxarmalarına kömək etmək olduğunu deyən Abbasov, platformanın gələcəkdə istifadəçi dillərinin sayını artıracağını bildirib:

“Müasir dünyanın tələblərinə uyğun və dünya praktikasını əldə rəhbər tutaraq "AgroBirja" platformasını hazırlayan "TimeSoft" şirkəti, aqrar biznesi ilə məşğul olan sahibkarları öz məhsullarını "AgroBirja" üzərindən gələcəkdə dünya bazarına cıxarmağa imkan yaradacaq.

"TimeSoft bir platforma şirkətidir. Şirkətin hədəfi ilk öncə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin TimeSoft MMC-nin platformalarından istifadə edərək rahat iş prosesi aparmaqlarına kömək etməkdir. Şirkət gələcək illərdə platformalarının sayını artıracaqdır. Hal–hazırda 4 istiqamətdə tətbiqlərini genişləndirməkdədir: Agrobirja.az, AgroTV. Agro Menecment və Ofis Menecment. Təkcə ölkəmizdə deyil, eləcə də qonşu ölkələrdə artıq danışıqlara başlamışıq. Türkiyə Torpaq Məhsulları Ofisi (TMO) Lisanslı depoculuk şöbə müdiri Gökhan Gurbüz bəy ilə Gürcüstan Kənd Təsərrüfatı naziri Levan Davitaşvili və Rusiyanın Sankt-Peterburq şəhərinin rəsmiləri, Leninqrad əyalətin hökümət sədrinin müavini, Kənd təsərrüfatı və balıqçılıq komitəsinin sədri Mixail Kaçun ilə "AgroBirja" barədə görüşlərim olub.

"AgroBirja"nın kənd təsərrüfatı sahəsindəki missiyası bunlardır: məhsullarında tələb və təklif formalaşması, qiymət sabitliyi, ölkənin strateji mövqeyini qaldırmaq və bu sahədə rəqabətin inkişafı. Aqrar sahənin cəmiyyətin ən vacib və əsas qollarından biri kimi inkişafı və həmçinin məhsulların yerli və dünya bazarına daha effektiv çıxarılmasında optimal şərait yaratmaqdadır. Bu hədəfə çatmaq üçün "AgroBirja"dan effektiv istifadə etməklə vaxta qənaət etmiş olacaqsınız".

Abbasov bildirib ki, aqrar birjanın əsas hədəfi, ölkənin strateji kənd təsərrüfatı məhsullarıdır və bu məhsullar aşağıdaki keyfiyyətlərə malik olmalıdır:

1. Məhsul kənd təsərrüfatı sektoruna aid olmalıdır
2. Kütləvi ixrac
3. Beynəlxalq bazarda ölkəyə müəyyən üstünlük verir
4. Tez xarab olmayan mallara üstünlük verilir

Abbasov qeyd edib ki, hər bir birja kimi, satıcıların mallarını müəyyən standartlara uyğun satacaqları bir bazar yaradılacaq və bu da rəqabətin inkişafına təkan verəcək:

"Birjanın özü bazar iqtisadiyyatının xəyallarının gerçəkləşdiyi bir məkandır. Əvvəla mükəmməl rəqabət, daha sonra məhsul vahidliyi və nəhayət malın çoxluğu.

Heç bir innovasiya məhsuldar, etibarlı, istifadəsi asan və mövcud aktivlərə uyğun olmadığı müddətcə səmərəliliyin olmayacağını anlayırıq. Biz, "AgroBirja" ilə bağlı gələcəkdə yarana biləcək sualları, ehtiyacları qabaqcadan aşkarlayaraq müasir tələblərə uyğun, yenilikçi fikirlər əsasında səmərəliliyi artırmaq, xərcləri azaltmaq və optimal məhsullar təqdim etməyə, eyni zamanda ən müasir texnologiyaların tətbiqini təmin etməyə çalışırıq".

Onun sözlərinə görə, kənd təsərrüfatı ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edib, digər ölkələrdən aqrar aslılığı azaldacaq.

"Həm də neft sektoruna alternativ ola biləcək ən prioritet sahələrdən biri kimi dövlət proqramlarında geniş yer tutacaqdır. Bu baxımdan kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsi çox böyük əhəmiyyət daşıyır. "AgroBirja" platforması da məhz kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsini aparmaq, müxtəlif təsərrüfatlara məxsus məhsulların qarşılıqlı qiymətlərini göstərmək məqsədi ilə yaradılmışdır. Platforma, alıcıya seçim etmək, müxtəlif məhsulların qiymətini dəyərləndirmək imkanı verməklə yanaşı, sahibkarlara, ümumilikdə kənd təsərrüfatı ilə maraqlanan hər bir şəxsə faydalı olacaq.

Biz sahibkarların uğuru, inkişaf etmiş cəmiyyətimizin göstəricisidir. Bu səbəbdən fərdi uğurumuz qədər cəmiyyətin uğuru üçün də çalışmaqdayıq", deyə Elvin Abbasov vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66