Moldova hökuməti Azərbaycan səfirini geri çağırır05 Dekabr 2019, 12:18 (GMT +4) Bakı, 5 dekabr, SalamNews. Moldova hökuməti Azərbaycan, Portuqaliya və Estoniyadakı səfirlərin geri çağırılmasını təsdiqləyib.
SalamNews-un Moldova mətbuatına istinadla verdiyi xəbərə görə, Moldova hökuməti Azərbaycandakı səfiri Georgi Leukanı geri çağırır.
Moldovanın Azərbaycandakı səfirliyi məlumatı təsdiqləyib.
Məlumata əsasən, Portuqaliya və Estoniyadakı səfirlər Dumitru Sokolan və İnqa İones də Kişinyova geri dönəcəklər.
|