Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də olub

05 Dekabr 2019, 14:23 (GMT +4)

Bakı, 5 dekabr, SalamNews.4 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Xorvatiya Respublikasının Rəqəmsal Cəmiyyətin İnkişafı üzrə Mərkəzi Dövlət Ofisində Dövlət katibi Bernard Qrşiç və Belarus Respublikasının rabitə və informasiya naziri Konstantin Şulqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SalamNews Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, görüşlərdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, “ASAN xidmət” bu günədək 34 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaqlara, həmçinin Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib.

Xorvatiya tərəfi ilə keçirilən görüşdə “ASAN Viza” sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Belarus tərəfi ilə keçirilən görüşdə isə 2018-ci il 17 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Belarus Respublikasının Milli Elektron Xidmət Mərkəzi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində imzalanmış Anlaşma Memorandumunun implementasiyası ilə əlaqədar məsələlər barədə müzakirələr aparılıb.

Həmçinin Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl modeli olan “ASAN xidmət”in xarici ölkələrdə tətbiqi perspektivləri üzrə fikir mübadiləsi aparılıb və hazırda davam etdirilən əməkdaşlıqdan bəhs olunub.

Dövlət Agentliyinin sədri cari ilin iyun ayında ölkəmizdə keçirilmiş BMT Dövlət Xidmətləri Forumu zamanı təsis olunmuş “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə məlumat verib və Belarus tərəfini müvafiq Assosiasiyada görməkdən məmnun olacağını qeyd edib.

Qonaqlar ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəliyyəti ilə də tanış olublar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Koreyanın səfiri “ASAN xidmət”də olub

Almaniya səfiri “ASAN xidmət”də olub

Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək

Öz fəaliyyətində fərqlənən “ASAN xidmət”in əməkdaşları təltif ediliblər (FOTOLAR)

“ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunur

Səfir “ASAN xidmət” mərkəzində işlərini asanlaşdırıb (VİDEO)

Şamaxı “ASAN xidmət” mərkəzi bu gün ilk vətəndaşlarını qəbul edir (FOTOLAR)

Bazar ertəsi “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

"ASAN xidmət" xaricdə yaşayan azərbaycanlılara hüquqi xidmət göstərəcək

İlin sonunadək daha 3 rayonda "ASAN xidmət" mərkəzi açılacaq

“ASAN xidmət”ə 35 milyonuncu müraciət qeydə alınıb

Gələn il açılacaq "ASAN Xidmət" mərkəzində INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzinin nümayəndəliyi olacaq

"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

Daha 4 “ASAN xidmət” mərkəzində elektrik şəbəkəsinə qoşulmanın sadələşdirilməsi üzrə Texniki Şura yaradılıb

"ASAN Xidmət" yeni sosial rolik hazırlayıb (VİDEO)

Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

"ASAN Xidmət"lə BMT-nin Uşaq Fondu arasında memorandum imzalanıb

“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

18 Yanvar 2020, 17:36 (GMT +4)
Caspian European Club biznes-tur təşkil edib

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

18 Yanvar 2020, 13:08 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

18 Yanvar 2020, 12:57 (GMT +4)
Azərbaycan məhsulları Berlində keçirilən sərgidə təqdim olunur

18 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ Rusiya hökumətində dəyişikliyə münasibət biıdirib 

18 Yanvar 2020, 12:33 (GMT +4)
Suriya Ordusu radikal qruplaşmaların hücumu nəticəsində 12 əsgərini itirib

18 Yanvar 2020, 12:19 (GMT +4)
Kapital Bank-ın aktivləri 4,2 milyard manata çatıb

18 Yanvar 2020, 12:00 (GMT +4)
İŞİD «müfti»sinin qardaşı da ələ keçib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66