“Azərbaycan Dəmir Yolları”: Dəmiryolunda texniki nasazlıq aradan qaldırılıb05 Dekabr 2019, 12:03 (GMT +4) Bakı, 5 dekabr, SalamNews.“Azərbaycan Dəmir Yolları” QSC Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranması barədə məlumatlara aydınlıq gətirib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən SalamNews-a bildirilib ki, kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.
Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.
Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.
Hazırda qatarlar cədvəl üzrə hərəkət edir.
|