Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azercell ən son yenilikləri "Bakutel" sərgisində nümayiş etdirir

03 Dekabr 2019, 18:30 (GMT +4)

Bakı, 3 dekabr, SalamNews. Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri bir araya gətirən "Azercell Telekom" MMC, 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçiriləcək“Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edir.

Hələ iyun ayındaictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya doğru dəyişən strategiyasını açıqlayan Azercell şirkəti, hazırda  5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə,şirkətin məhsullarportfelini zənginləşdirmək üzərində çalışır. “Gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutanbir şirkətkimi, yüksək sürətli mobil internet və daimi bağlantını təmin etməyihədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider mövqeyini qoruyaraq,  ölkədə ilk 5G yeni nəsil simsiz şəbəkəsini təqdim etdi. İnanırıq ki, 5G texnologiyasımüasir genişzolaqlı mobil rabitə xidmətlərində  çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri və müxtəlifmüəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habeləmüştəri təcrübəsini mükəmməlləşdirməküçün yeni imkanlar yaradacaq"-deyə Azercell şirkətinin prezidenti Vahid Mürsəliyevdekabr ayının 3-də Azercell-inBakutel sərgisindəki stendində baş tutmuş mətbuat konfransında çıxışı zamanı bildirdi.

Qeyd etmək lazımdır ki, mətbuat konfrasından dərhal sonra Azercell-in prezidenti VahidMürsəliyev və Ericsson şirkətinin Şərqi Avropa və Orta Asiya üzrə  prezidenti  Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin qurulmasını və 5G texnologiyasının inkişafınının sürətləndirilməsini həyata keçirən iki strateji tərəfdaş kimi jurnlaistlər və Bakutel ziyarətçiləri qarşısında Anlaşma Memorandumu imzaladılar.

Beləliklə, bu ilin noyabr ayında Bakının Fontanlar meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra,Azercell Telekom öz daimi tərəfdaşı Ericsson şirkətilə birlikdə ölkənin ən  mühüm texnolojitədbiri Bakutel sərgisində 5G texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə müştəriləri üçün  nəzərdə tutulan geniş çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir!

Həmçinin sərgi çərçivəsində "SmartCell" həllinin tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev memorandum imzalayıb.  Məlumat üçün bildirək ki, "SmartCell" – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.

5G SÜRƏT sınağı

Azercell bütün sərgi iştirakçılarını 5G şəbəkəsinin real sürətini hiss etməyə dəvət edir. Rəqəmsal həllər təminatçısı, ziyarətçilərə stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaradır.

5G Multisensor

Bu demonu sınaqdan keçirtmək üçün qonaqlara də 3D VR gözlüyü və coystik təqdim ediləcək. 5G şəbəkəsinin tam gücünü hiss edərək,  ziyarətçilər demək olar ki, ləngimə olmadan robot idarə etmək, fərqli səthləri hiss və skan etmək üçün əvəzolunmaz fürsət qazanacaqlar.

5G  Konfrans

Sərgi iştirakçıları Oculus Rift və Oculus Go komplekti vasitəsilə özlərini virtual konfrans mühitində zənn edəcəklər. Burda onlar ünsiyyət qura, müxtəlif otaqları gəzə, video, foto və 3D baxa biləcəklər.

5G Oyunlar

5G oyun təcrübəsini yeni səviyyəyə çıxarır. Artıq ləngimə olmadan, tam etibarlı bağlantının təmin olunduğu oyun həyəcanını yaşamaq mümkün olacaq..

Azercell ziyarətçiləri Virtual Reallıq texnologiyasına əsaslanan Sci-Fi top döyüşünü və Roketbol idman oyunlarını sınaqdan keçirməyə dəvət edir. İştirakçılar xüsusi Oculus RIFT komplekti vasitəsilə  virtual idman ərazisində “multiplayer” rejimində  özlərini çox saylı oyunçulardan biri olaraq  təsəvvür edəcəklər.

Azercell-in rəqəmsal məhsullar zonası

Yeni bağlantı erasında abunəçilərinin ehtiyaclarını tam qarşılamağı hədəfləyən Azercell,  öz fəaliyyətində  innovativ və rəqəmsal həllərə üstünlük verir.  Müasir zamanda Əşyaların İnternetitərəfindən təqdim olunan hədsiz imkanlar, telekommunikasiya texnologiyasında misli görünməmiş bir sıçrayış daha rahat işləməyimizi, yaşamağımızı vəhəyatımıza tam şəkildə nəzarət etməyimizi təmin edəcək.

Azercell dünyanı dəyişdirən rəqəmsal məhsullarını xüsusi ayrılmış guşədə sərgiləyir. Burada şirkət, evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcəkƏşyaların İnterneti prinsipinə əsaslanan“Azercell Ağıllı Ev” məhsulunu nümayiş etdirir. Bu xidmət sizə istənilən yerdən bir tətbiq vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və otaqdakı hərəkətlərə tam nəzarət imkanı verərək, gündəlik həyatınızı rahatlaşdırır, təhlükəsiz bir evdə yaşamağınıza zəmanət verir.

 

 

 

Azercell təhsil və əyləncə məzmununu bir məhsulda cəmləyən “Azercell Kids”  eksklüzivxidməti ilə həm valideynləri, həm də uşaqları sevindirir və ən etibarlı rəqəmsal mühiti kəşf etmək üçün bu stendə dəvət edir. Həmçinin ziyarətçilərxüsusi qulaqcıqlar vasitəsilə “Bookmate” tətbiqinin tərkib hissəsi olan “Audio kitab" xidməti çərçivəsində zəngin dünya ədəbiyyatının audio yazılarından elə məkanı dəyişmədən zövq ala bilərlər.Keyfiyyətli mobil oyunları Azercell abunəçiləri üçün daha əlçatan edən “Azercelloyunlar”, öz mobil hesabını idarə etmək üçün nəzərdə tutulan rahat “Kabinetim” mobil tətbiqi, kino və televiziya aləminə qapı açan “ivi” xidmətləri də stendin xüsusi zonasında nümayiş etdiriləcək.

Korporativ Biznes Seqmenti zonası

Rəqəmsal məhsulların yeni nəslini təqdim edən Azercell bütün mövcud və potensial biznes müştərilərini xüsusi guşədə qarşılayır. Bura Azercell-in korporativ seqment strukturunun nümayəndələri ilə danışıqlar aparılması üçün ideal bir yerolmaqla yanaşı, həm də şirkətin biznes müştərilərini özrəqəmsal xidmətləri ilə yaxından tanış etmək üçün ən əlverişli məkandır.

Rəqəmsal həllər təminatçısı olan “Azercell Telekom” MMC Azərbaycanda ilk dəfə Əşyaların İnterneti texnologiyasına əsaslanan “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətini təqdim edir. Yeni servis nəqliyyat parklarına malik sahibkarlıq müəssisələrinəparklarınıntam idarəedilməsi imkanını verir.

Yeni həll nəqliyyatınnövündən asılı olmayaraq, müxtəlif sahəyə aid istənilən miqyaslı nəqliyyat parklarını əhatə edir. Mükəmməlləşdirilmiş real zaman interfeysi ilə “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti sürücülərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edərək, müəssisələrin məhsuldarlığını artırmağa və əməliyyat xərclərini azaltmağa müvəffəq olacaq.

“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətinin iş prinsipi:

 

“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” müəssisələrə real zamanda korporativ nəqliyyat vasitələrinin vəziyyətini, marşrutu, səfər müddətini və yanacaq sərfiyyatını izləmək imkanı yaradır. Bundan əlavə, bu xidmət vasitəsilə nəqliyyat vasitələrinin mexaniki hissələri, mühərrik işləməsi və hətta batareya gərginliyinin göstəricisi haqqında da məlumat əldə etmək olar. “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti həm də sürücülük davranışını (sürət həddi, sərt tormozlama və kəskin sürətlənmə) qeydə alır, ətraf-mühitə qarşı münasibətdə daha dostyana sürücülük vərdişlərinə yiyələnməyə kömək edir. Üstəlik, qəza və ya fövqəladə vəziyyət olduğu zaman xidmət avtomatik şəkildə həyəcan siqnalı göndərir.

Qeyd etmək lazımdır ki, Azercell korporativ müştəriləri üçün "Biznesim" tarif paketləri, "Biznesim Sosial şəbəkə paketləri", "Biznesim Ayrılmış İnternet Xətti" və "Biznesim Veb" xidmətləri kimi rəqəmsal məhsullar təklif edir. Azercell Azərbaycan şirkətlərinin əsas tərəfdaş seçimi olmağı hədəfləyərək,  onlara internetin geniş imkanları, şirkətdaxili limitsiz danışıqlar və sərfəli qiymətlər

təqdim edir.

Ən uyğun tarif və internet paketi seç

 

 

 

Burada Azercell nümayəndələri müştərilərə ən uyğun məhsul və xidmətlər seçməkdə bələdçilik edir. Bu zonada müştərilər səs və internet xidmətlərinin aktiv istifadəçilərinə hədsiz imkanlar bəxş etməklə yanaşı, rabitə xərclərini azaltmaq fürsəti yaradan "Sərbəst" tarif paketi, eləcə də gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən İnternet paketləri ilə tanış ola bilər.

 

iPhone zonası

“Apple İnc” şirkətinin Azərbaycandakı eksklüziv telekom tərəfdaşı olan Azercell, bu guşədə iPhone pərəstişkarlarını salamlayır. Şirkət sərgi iştirakçılarına qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən yeni iPhone modelləri ilə yaxından tanış olmaq fürsəti yaradır.

Azercell komandasına qoşulun

Azercell-in İnsan Kapitalının İdarəedilməsi departamentinin mütəxəssisləri çevik komandaya qoşulmaq arzusunda olan şəxsləri sərgidə gözləyəcək, onlara karyera imkanları və mövcud vakansiyalar, həmçinin məhz tələbələr üçün hazırlanan tələbə proqramları barədə geniş məlumat verəcək. Rəqəmsal gələcəyi bizimlə qurun!

Əyləncə Zonası

Rəqəmsallaşma ruhu əyləncə zonasında da hiss olunur. Burada Azercell həm böyüklər, həm də uşaqlar üçün əyləncəli rəqəmsal oyunlar təqdim edir. Bundan əlavə, Azercell bütün idman həvəskarlarını bu guşədə gözləyir və interaktiv futbol oyunu ilə öz təcrübələrini artırmağa səsləyir.

Ziyarətçilərə 5G texnologiyasının canlı təcrübəsini təqdim edən Azercell hər kəsi texnoloji yeniliklər dünyasından zövq almağa dəvət edir. Gələcəyi formalaşdıran texnologiyanın şahidi olmaq və beşinci nəsil simsiz şəbəkənin tam gücünü hiss etmək fürsətini qaçırmayın!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

Azercell “Biznesim W-Fi” təklifini təqdim edib

“Azercell”in rəhbərliyi olimpiada qalibləri ilə görüşüb

Azercell dünyaca məşhur “Busuu” tətbiqini abunəçilərinə xüsusi şərtlərlə təklif edir

Azercell-in “Mobil Göz Klinikası”-nda 900-dən çoxadam müayinə edilib

28 tələbə “Azercell” təqaüdçüsü” adına layiq görülüb

“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

Azercell-in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atıb

"Azercell"in “Mobil Diş Klinikası” hesabatını açıqlayıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə ötən il ərzində 5061 müraciət daxil olub

Azercell İnnovativ "Mobil Ödəmə" xidməti tətbiq edib

“Azercell” Azərbaycanda İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edib

"Azercell" hesab-fakturanı tam rəqəmsallaşdırır

Azercell və Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə bir ilkə imza atıblar

Azercell öz instaqram səhifəsində yarış keçirir

Azercell foto müsabiqə elan edib

Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

18 Fevral 2020, 09:54 (GMT +4)
Bəşər Əsəd Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini bildirib

18 Fevral 2020, 09:50 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Fevral 2020, 09:48 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə çatıb

18 Fevral 2020, 09:40 (GMT +4)
Ali məktəblərə qəbul imtahanında dəyişiklik edilib

18 Fevral 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

18 Fevral 2020, 09:21 (GMT +4)
Hələbin beynəlxalq hava limanı yeddi ildən sonra fəaliyyətə başlayır

18 Fevral 2020, 09:20 (GMT +4)
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

18 Fevral 2020, 09:15 (GMT +4)
Pelosi demokratları Trampın yenidən seçilməsinə qarşı birləşməyə çağırıb

18 Fevral 2020, 09:10 (GMT +4)
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

18 Fevral 2020, 09:00 (GMT +4)
AzTU-da "AgroHakathon 2020"yə hazırlıqla bağlı görüş keçirilib

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

17 Fevral 2020, 14:08 (GMT +4)
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

17 Fevral 2020, 13:58 (GMT +4)
"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihə davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66