İrandan İraqa ziyarət turları müvəqqəti olaraq dayandırılıb03 Dekabr 2019, 17:15 (GMT +4) Bakı, 3 dekabr, SalamNews, B.Samid. İrandan quru yolla İraqa ziyarət turlarının ezamı müvəqqəti dayandırılıb.
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, İraqdakı son etiraz aksiyaları və toqquşmalarla bağlı İranın aidiyyatı qurumlarının ziyarət turlarının hələlik dayandırılması haqda qərarı qüvvəsində qalır.
Artıq ötən gündən İraqa ziyarət turlarının ezamı rəsmən dayanıb. Qeyd edilib ki, hazırda İrandan İraqa turların təşkili yalnız hava yolu ilə mümkündür.
Bildirək ki, İran və İraq ötən həftə iki ölkəni birləşdirən əsas sərhəd keçidi Mehran sərhəd məntəqəsində fəaliyyəti məhdudlaşdırıblar.
|