ABŞ bizə 130 milyard dollar təzminat ödəməlidir - İranın Məhkəmə Hakimiyyəti03 Dekabr 2019, 16:14 (GMT +4) Bakı, 3 dekabr, SalamNews, B.Samid. "Qaldırılan məhkəmə işlərinə əsasən ABŞ İrana 130 milyard dollar təzminat ödəməlidir."
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bunu İranın Məhkəmə Hakimiyyətinin mətbuat katibi Qulam-Hüseyn İsmaili deyib.
İran rəsmisi bu gün keçirilən mətbuat konfransında bildirib ki, ölkə məhkəmələrində qaldırılmış və işinə baxılmış 360 məsələ ilə bağlı ABŞ hökuməti İrana təzminatlar ödəməlidir.
O əlavə edib ki, bu təzminatların miqdarı 130 milyard dollardır.
|