Londonda NATO liderlərinin sammiti öz işinə başlayır 03 Dekabr 2019, 12:21 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Bu gün Londonda NATO ölkələri liderlərinin alyansın yaranmasının 70 illiyinə həsr olunmuş sammiti başlayır.
Sammitin gündəliyinin əsas mövzusu Fransa prezidenti Emanuel Makronun "NATO-nun beyin ölümü keçirdiyi" ilə bağlı səsləndirdiyi fikirlərdir.
SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, sammit Londondan bir saatlıq məsafədə olan bölgədə keçiriləcək.
Ehtimalı edilir ki, Londonda ABŞ prezidenti Donald Trampın səfərinə qarşı təşkil edilən etiraz aksiyaları buna səbəb olub.
Sammit lüks otellərdən birində keçiriləcək.
|