Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Nağıyev Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinin rəisini qəbul edib

03 Dekabr 2019, 09:24 (GMT +4)

Bakı, 3 dekabr, SalamNews.Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Əli Nağıyevin dəvəti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

DTX-nin İctimai əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, türkiyəli qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.

Qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk şəhidliyini də ziyarət ediblər.

Sonra keçirilmiş ikitərəfli görüşdə general-leytenant Əli Nağıyev qonaqları səmimi salamlayaraq Mehmet Aktaşın Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi kimi ilk xarici səfərini Azərbaycana etməsinin ölkələrimizin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin yüksəlməsinə və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Xidmət rəisi Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində Türkiyə ilə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb, dahi şəxsiyyətin “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

General-leytenant Əli Nağıyev respublikamızın hüquq mühafizə orqanlarının birgə səyləri nəticəsində beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqələri olan mütəşəkkil transmilli cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, eləcə də antiterror koalisiyasının fəal üzvlərindən biri kimi Azərbaycanın dönməz və ardıcıl mövqeyini qeyd edib. Eyni zamanda mövcud əməliyyat şəraiti, ona təsir göstərən amillər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və nəzarət olunmayan ərazilərin doğurduğu fəsadlar, ekstremizm, qanunsuz miqrasiya, narkotrafik və digər məsələlər, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə geniş məlumat verib. Xidmət rəisi Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında informasiya və təcrübə mübadiləsinin, ümumən təhlükəsizlik sahəsində əməkdaşlığın yüksələn xətlə inkişafının ölkələrimizin milli mənafelərinin etibarlı qorunmasında mühüm amil olduğunu vurğulayıb.

Səmimi və mehriban qarşılandığına, ətraflı məlumata görə təşəkkürünü çatdıran qonaq qardaş Azərbaycana səfərindən xoş təəs­sürat aldığını qeyd edib. Mehmet Aktaş bu cür görüşlərin transmilli cinayətkarlıqla mübarizə işində və hər iki dövlətin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləyib. Türkiyəli qonaq öz ölkəsi tərəfindən beynəlxalq terrorçuluq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif növləri ilə mübarizə üzrə görülən işlərə dair məlumat verib. O, ölkələrimizin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, tərəfdaşlıq əlaqələrinin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət etdiyini vurğulayıb.

Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Britaniya Livan hökuməti və parlamentində təmsil olunan Hizbullahın siyasi qanadını da «terrorçu» elan edib

Rusiya parlamentinin deputatı Bakıya "Əmək şöhrəti şəhəri" fəxri adının verilsini təklif edib

“Azərsun Holdinq”də 20 yanvar faciəsinin qurbanları anılıb

Mosulda Yunus peyğəmbər məscidinin partladılmasına «fətva » verən İŞİD-çi ələ keçib

Gürcüstan-Azərbaycan sərhədində odlu silahdan atəş açan şəxs yaxalanıb

Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin iclasında iştirak edib

Budəfəki fotorubrika Gəncə şəhəri N.Nərimanov adına 25 nömrəli orta məktəbə həsr olunub  

Meksikanın Xalisko şəhərində 29 cəsədin qalığı tapılıb

Sel suları İranın cənub-şərqində 500-ə yaxın kəndin yollarını bağlayıb

DİN Nərminin qətli ilə bağlı media nümayəndələrinə xəbərdarlıq edib

DİN narkotik satan “Baba” ləqəbli şəxsi saxlayıb

İsrail Suriya-İraq sərhədinə hava zərbələri endirib - KİV

“Silk Way Holding”in şirkəti ləğv olunur

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotacirlərə qarşı əməliyyat keçirib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

DİN Şəmkirdəki yol qəzası ilə bağlı məlumat yayıb

DİN: Polis 31 min 400 ədədə yaxın partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkarlayıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Taliban Əfqanıstanın Türkmənistanla sərhədində yerləşən rayonda hücuma keçib, 14 ölü var

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

18 Yanvar 2020, 13:08 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

18 Yanvar 2020, 12:57 (GMT +4)
Azərbaycan məhsulları Berlində keçirilən sərgidə təqdim olunur

18 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ Rusiya hökumətində dəyişikliyə münasibət biıdirib 

18 Yanvar 2020, 12:33 (GMT +4)
Suriya Ordusu radikal qruplaşmaların hücumu nəticəsində 12 əsgərini itirib

18 Yanvar 2020, 12:19 (GMT +4)
Kapital Bank-ın aktivləri 4,2 milyard manata çatıb

18 Yanvar 2020, 12:00 (GMT +4)
İŞİD «müfti»sinin qardaşı da ələ keçib (FOTO)

18 Yanvar 2020, 11:57 (GMT +4)
Donald Tramp Iraq prezidenti ilə görüşəcək

18 Yanvar 2020, 11:52 (GMT +4)
Bakıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb

18 Yanvar 2020, 11:24 (GMT +4)
İran Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu bildirib

18 Yanvar 2020, 11:20 (GMT +4)
ABŞ-da atışma nəticəsində dörd nəfər ölüb

18 Yanvar 2020, 11:12 (GMT +4)
Azərbaycanda publik hüquqi şəxslərə nəzarət artırılıb

18 Yanvar 2020, 10:52 (GMT +4)
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib

18 Yanvar 2020, 10:46 (GMT +4)
Mərkəzi Amerikada yerləşən daha bir dövlət səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyini bildirib

18 Yanvar 2020, 10:33 (GMT +4)
Bu il daha 1500 mənzil və fərdi ev müharibə əlilləri və şəhid ailələrinə veriləcək

18 Yanvar 2020, 10:22 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

18 Yanvar 2020, 10:15 (GMT +4)
Ukrayna təyyarəsi faciəsi siyasiləşdirilməməlidir - Cavad Zərif

18 Yanvar 2020, 10:10 (GMT +4)
ABŞ prezidentliyinə namizəd "Facebook"u tənqid edib

17 Yanvar 2020, 18:00 (GMT +4)
Nazirlər Kabinetində müşavirə keçirilib

17 Yanvar 2020, 17:54 (GMT +4)
Azercell-in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atıb

17 Yanvar 2020, 17:51 (GMT +4)
“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

17 Yanvar 2020, 17:45 (GMT +4)
“Vətənpərvərlik kinosu həftəsi” başa çatıb

17 Yanvar 2020, 17:43 (GMT +4)
Ermənistanın xüsusi xidmət orqanının keçmiş rəhbəri ölü tapılıb

17 Yanvar 2020, 17:40 (GMT +4)
Bişkekdə 20 Yanvar facisəinin qurbanları anılıb (FOTO)

17 Yanvar 2020, 17:34 (GMT +4)
Britaniya Livan hökuməti və parlamentində təmsil olunan Hizbullahın siyasi qanadını da «terrorçu» elan edib

17 Yanvar 2020, 17:32 (GMT +4)
Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17 Yanvar 2020, 17:20 (GMT +4)
Moskvada istilik rekordu yenilənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66