Stoltenberq NATO-nu Moskva ilə münasibətləri yaxşılaşdırmağa çağırıb02 Dekabr 2019, 17:42 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. NATO-nun baş katibi Yens Stoltenberq ittifaqı Moskva ilə münasibətlərini yaxşılaşdırmağa çağırıb.
SalamNews-un News.ru-ya istinadən verdiyi xəbərə görə, o bildirib ki, Rusiya NATO-nun "ən iri qonşusudur" və gələcəkdə də belə qalacaq.
"Münasibətlərimizi inkişaf etdirmək üçün Rusiya Federasiyası ilə dialoq aparmalıyıq. Ancaq münasibətləri düzəltmədən belə, onlarla çətin münasibətlərin öhdəsindən gəlməliyik. Biz Rusiya ilə silah nəzarətinə dair danışıqların tərəfdarıyıq", -NATO baş katibi "ARD"yə müsahibəsində deyib.
|