Azercell 5G ilə bağlı yaranan suallara rəsmi aydınlıq gətirib02 Dekabr 2019, 17:32 (GMT +4) Bakı, 2 dekabr, SalamNews, K.Orxan. "Bu ilin yay ayında Azərbaycan telekommunikasiya sektorunun lideri Azercell Telekom yeni brend kimliyini ictimaiyyətə təqdim etdi. Həmin gün Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Bu sahədə görüləcək işlərlə bağlı öz vədlərini bildirdi. Arıtq bu vədlərə uyğun olaraq Azercell Azərbaycanda ilk dəfə olaraq 5G texnologiyasını tətbiq etdi".
SalamNews xəbər verir ki, bu fikirləri şirkətin korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya bu gün keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, Azercell noyabr ayının sonunda 5G texnologiyasını Azərbaycana gətirdi:" Biz şəhərin mərkəzində ilk pilot şəbəkəni qurduq. İlkin mərhələdə bu test rejimində işləyəcək. Bizə sual verirlər ki, 4G texnologiyasının tətbiqi tam başa çatmadığından 5G-nin indiki vaxta tətbiq etmək nə üçün lazımdır. Biz bununla bağlı demək istəyirik ki, ilk öncə 5G ən çox sənayə üçün istifadə olunan texnoloiyadır. Bundan başqa bu xidmət təkcə Azercell üçün deyil, Azərbaycan üçün mühüm bir xidmətdir. Azərbaycan günü-gündən inkişaf edir. Belə bir texnologiyanın tətbiqi ölkəmizin inkişafına yönəlmiş bir addımdır."
N.Şıxlinskaya həmçinin bildirib ki, sabah Bakıda keçiriləcək "Bakutel" sərgisində Azercell yeni xidmətlər təqdim edəcək. Bununla yanaşı stendi ziyarət edən ziyarətçilər 5G texnologiyası ilə daha da yaxından tanış olmaq imkanı qazanacaq və ətraglı məlumat əldə edəcəklər.
|