Fransanın Türkiyənin NATO üzvlüyünü sual altına salmağa haqqı yoxdur - Ərdoğan29 Noyabr 2019, 17:21 (GMT +4) Bakı, 29 noyabr, SalamNews. Türkiyə prezidenti Fransa hərbçilərinin Suriyadakı varlığını qeyri-qanuni adlandırıb.
“Fransanın Suriyada hərbçi yerləşdirməyə hüququ yoxdur. Bəşər Əsəd rejimi Fransız hərbçilərini Suriyaya dəvət etməyib", deyə Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Marmara Universitetində çıxış edərkən deyib.
Onun sözlərinə görə, Fransanın Türkiyənin NATO-ya üzv olması ilə bağlı qərar vermək hüququ da yoxdur: "Parisə bu mövzunu müzakirə etmək hüququnu kim verib".
SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti, eyni zamanda, "NATO-nun beyin ölümü keçirdiyini" deyən Fransa prezidenti Emanuel Makronu tənqid edib.
“Fransa prezidentinə müraciət edirəm və NATO sammitində də eyni şeyi deyəcəm. Makronun özü beyin ölümü ilə bağlı həkimə müraciət etməlidir", o deyib.
|