Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev İsrafil Məmmədovu ARDNF-in icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib

29 Noyabr 2019, 16:28 (GMT +4)

Bakı, 29 noyabr, SalamNews.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.

SalamNews xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilmişdir. Siz on ildən çoxdur ki, direktor müavini vəzifəsində işləyirsiniz, təcrübə toplamısınız. Mən qərara gəldim ki, sizi icraçı direktor vəzifəsinə təyin edim. Bu, böyük etimaddır. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız.

Dövlət Neft Fondu bizim strateji aktivimizdir. Bu il biz Fondun yaradılmasının 20-ci ildönümünü qeyd edəcəyik. Əlamətdar hadisə ondan ibarətdir ki, “Çıraq” platformasından ilk neft çıxarılandan iki il sonra - 1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu yaradılmışdır. Fondun yaradılması ulu öndər Heydər Əliyevin tarixi qərarıdır. Bu gün bu qərar onu göstərir ki, nə qədər düzgün və vaxtında atılmış bir addım idi. Onu da bildirməliyəm ki, Neft Fondunun yaradılması ilə bağlı təklifi Ulu Öndərə mən vermişdim. O vaxt hökumətdə müxtəlif fikirlər var idi və hökumət üzvlərinin bəziləri bunun əleyhinə çıxmışdılar. Onların təklifi ondan ibarət idi ki, neftdən gələcək bütün gəlirlər büdcəyə daxil olsun və hər il xərclənsin. Əgər bu yanaşma seçilsəydi, bu gün Dövlət Neft Fondumuzda pul olmayacaqdı. Mən bu təklifin əleyhinə çıxdım. Sübut etməyə çalışırdım və buna nail oldum ki, məhz vəsaiti şəffaf şəkildə saxlamaq, ölkəmizin strateji istiqamətlərinə yönləndirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ötrü mütləq Dövlət Neft Fondu yaradılmalıdır. Mənim təşəbbüsümlə Azərbaycan dövlət qurumlarının nümayəndələrindən ibarət heyət dünyanın müxtəlif ölkələrinə ezam edilmiş və orada oxşar fondların fəaliyyəti ilə tanış olmuşdur. Bundan sonra biz dünyada mövcud olan ən şəffaf və ən işlək model üzərində dayanıb onu qəbul etmişik və ötən 20 ilin təcrübəsi onu göstərir ki, bu, yeganə düzgün qərar idi. Deyə bilərəm ki, bu, tarixi qərar idi. Çünki Dövlət Neft Fondunun vəsaiti - orada toplanan, neftdən əldə edilmiş və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir.

Biz ölkə qarşısında duran önəmli sosial layihələri icra edə bilmişik. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məhz Dövlət Neft Fondunun vasitəsilə icra edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənibdir. Hər il Dövlət Neft Fondundan büdcəyə edilmiş transfertlər hesabına biz sosial layihələri icra edə bilirik, bu, maaşların, pensiyaların, müavinətlərin artırılmasına imkan yaradır. Eyni zamanda, ölkəmiz üçün strateji sayılan sahələri də Neft Fondu maliyyələşdirir. Onların arasında təhsillə bağlı olan layihələr var. Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil alması ilə bağlı təşəbbüs də Fond tərəfindən təmin edilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, digər önəmli strateji layihələr, qazma qurğularının tikintisi - bütün bunlar Dövlət Neft Fondunun vəsaiti hesabına icra edilib.

Bir sözlə, deyə bilərəm ki, bu gün Azərbaycan Dövlət Neft Fondu ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir qurumdur. Eyni zamanda, Fondumuzun beynəlxalq imici də çox müsbətdir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Fond BMT-nin mükafatı ilə təltif edilmişdir. Onu da bildirməliyəm ki, mənim təşəbbüsümlə Azərbaycan o vaxt Böyük Britaniyanın Baş Naziri tərəfindən irəli sürülmüş təşəbbüsə qoşuldu. Təşəbbüsün adı Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü idi. Azərbaycan bu təşəbbüsə qoşulan və onun bütün meyarlarını təmin edən ilk ölkələrdən idi. Uzun illər biz bu təşkilat çərçivəsində fəaliyyət göstərmişdik. Ancaq görəndə ki, artıq bu təşkilat öz mahiyyətini itirir, burada siyasiləşmə prosesi gedir və Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşma tətbiq olunur, biz məsələ qaldırdıq ki, əgər buna son qoyulmasa, Azərbaycan bu təşkilatdan çıxacaqdır. O vaxt mən bunu bildirəndə, sözün düzü, təşkilatın rəhbərliyi buna o qədər də inanmadı. Yadımdadır, o vaxt mənim təşkilatın rəhbər işçiləri ilə görüşüm keçirilmişdir və mən açıq dedim ki, mənim sözümlə əməlim arasında fərq yoxdur. Əgər deyirəmsə, biz buradan çıxacağıq və belə də oldu. O qərarı biz qəbul etdik, o, asan qərar deyildi. Çünki biz bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri kimi, bu təşkilatın formalaşmasında da önəmli rol oynamışdıq. Ancaq həyat göstərdi ki, nə qədər düzgün addım atıldı. Bizdən bir qədər sonra Amerika Birləşmiş Ştatları da bu təşəbbüsdən çıxdı və beləliklə, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü adlandırılan qurum tamamilə nüfuzdan düşdü və bu gün onun adı heç yerdə çəkilmir. Bu təşkilatda üzvlüyümüz, əslində, bizim niyyətimizə o qədər də böyük təsir etmədi. Çünki şəffaflıq bizim şüurlu seçimimizdir və bu gün Dövlət Neft Fondu dünyadakı suveren fondlar arasında ən şəffaf, ən səmərəli işləyən fondlardan biridir. Mən yaxşı bilirəm ki, buna oxşar bəzi fondlar son vaxtlar böyük itkilərə məruz qalmışdır, çünki onlar çox riskli siyasət aparırdılar, daha çox pul qazanmaq əzmində idilər. Bizim isə yanaşmamız, - mən bunu həmişə demişdim, - konservativ olmalıdır, mühafizəkar olmalıdır. Bizim əsas vəzifəmiz vəsaiti qorumaqdır və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır. Biz indi artıq çoxşaxəli valyuta səbətini əldə etmişik və burada da valyuta məzənnəsinin dəyişkənliyi bizim vəsaitimizə təsir etmir. Biz qızıla böyük yatırım etmişik, daşınmaz əmlaka böyük yatırım etmişik, Fondun vəsaiti coğrafi baxımdan da çoxşaxəlidir. Yəni, biz özümüzü mümkün olan bütün risklərdən qoruduq. Ən önəmlisi ondan ibarətdir ki, 20 il ərzində biz vəsait itirmədik və Fondun vəsaitini ildən-ilə artırırıq. Hətta böhranlı, devalvasiyaya uğradığımız illərdə də Fondun vəsaiti azalmadı. Mən imkan vermədim. Biz xərcləri azaltdıq, böyük qənaət tədbirlərinə yol açdıq, strateji valyuta ehtiyatlarımızı qoruduq və onları artırdıq. Deyə bilərəm ki, bu, çox nadir hallarda baş verən hadisədir. Çünki o dövrdə, neftin qiymətinin kəskin - 4 dəfə düşməsi dövründə bütün suveren fondlar böyük pullar itirdi. Milyardlarla, on milyardlarla dollar itirildi. Biz isə itirmədik, ona görə ki, çox düşünülmüş siyasət aparırıq.

Mən çox şadam ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir. Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıbdır. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir. Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi, bax, belə imkanlar yaradır. Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq. Hazırda bizim strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik. Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Bu da çox mühafizəkar yanaşmadır. Hazırda “Azeri Light” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul transfer şəklində büdcəyə gələcək və xərclənəcək. Ehtiyac yoxdur. İndi biz şəffaflıq, dürüstlük, islahatlar nəticəsində büdcəmizi digər sahələr vasitəsilə təmin edirik. Vergi və gömrük orqanları on ay ərzində 850 milyon manat əlavə vəsait toplayıblar. İlin sonuna qədər vaxt var, bu, artacaq. Ona görə biz Neft Fondunun gəlirlərinə qənaət etməliyik. Yəni, bir sözlə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də çox düzgün yanaşma, düşünülmüş siyasət və xalqın maraqlarına uyğun atılan addımlar, bax, bu gözəl nəticəni əldə etməyə imkan verdi.

Mən Fondun fəaliyyətini yüksək qiymətləndirirəm. Məhz buna görə Fondun icraçı direktoru Şahmar Mövsümov mənim tərəfimdən Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Əminəm ki, o, köməkçi kimi islahatların dərinləşdirilməsi istiqamətində önəmli rol oynayacaqdır.

Sizə isə tövsiyəm ondan ibarətdir ki, əldə olunmuş uğurları davam etdirəsiniz. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Dövlət Neft Fondu həm öz aktivlərini artırmalı, onları əmniyyətli şəkildə yerləşdirməlidir. Strateji resursumuz olan Neft Fondumuz daim ölkəmizin, xalqımızın mənafeyi üçün çalışmalıdır.

Artıq il başa çatır. Bu il əldə edilmiş nailiyyətlər və gələn il planlaşdırılan addımlar haqqında məlumat verin.

İsrafil Məmmədov: Möhtərəm cənab Prezident. İlk növbədə, göstərdiyiniz bu böyük etimada görə Sizə dərin təşəkkürümü bildirirəm. Siz dediyiniz kimi, bu il Azərbaycan Respublikasının Dövlət Neft Fondu Ulu Öndər tərəfindən yaradılmasının 20 illiyini qeyd edir. Qeyd etdiyiniz kimi, bu 20 il ərzində Dövlət Neft Fondu aktivlərin ildən-ilə artan, beynəlxalq səviyyədə nüfuzlu və şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan maliyyə qurumuna çevrilibdir.

Möhtərəm cənab Prezident, Sizin hər zaman verdiyiniz yüksək qiymət bizim üçün böyük şərəfdir. Biz - Dövlət Neft Fondunun kollektivi də həmişə Fondun Sizin qarşınızda götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində əlindən gələni əsirgəməyib. Təbiidir ki, bu nailiyyətlərin heç biri Sizin dəstəyiniz olmadan mümkün olmazdı. Fondumuzun bütün kollektivi də daim Sizin diqqətinizi hiss edib. Siz bütün işlərimizdə bizə dəstək olmusunuz.

Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, göstərdiyiniz bu böyük etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Çox minnətdaram, cənab Prezident.

Siz qeyd etdiyiniz kimi, bu il Fondun vəsaiti 10 faiz artıb və ilin axırına 42,5 milyard dollar həcmində gözlənilir. Qeyd etdiyiniz kimi, Fondun tarixində investisiya gəlirləri ilk dəfə olaraq 1,8 milyard dolları keçib. Bir daha Sizi əmin etmək istərdim ki, Fondun investisiya portfelinin daha da şaxələndirilməsi və risklərin azaldılması istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm.

Prezident İlham Əliyev: Çox yaxşı. Mən əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirirəm. O cümlədən bildirmək istəyirəm ki, mən Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı fondlarının rəhbərləri ilə görüşlər keçirmişəm və çox böyük məmnunluq hissi ilə deyə bilərəm ki, onların da Fondumuz haqqında fikirləri çox müsbətdir. Azərbaycan Dövlət Neft Fondu nəinki ölkə ərazisində önəmli layihələr icra edir, eyni zamanda, dünyanın aparıcı fondları ilə də, - o fondların vəsaiti yüz milyardlarla ölçülür, - əməkdaşlıq edir və onlarla birlikdə müxtəlif sərmayə layihələrində iştirak edir. Bu, Fondun, ilk növbədə, nə qədər səmərəli təşkilat olduğunu göstərir. Digər tərəfdən, dünyanın vəsaiti yüz milyardlarla ölçülən aparıcı fondları öz reputasiyalarına çox böyük həssaslıqla yanaşırlar və onlar üçün pul əsas deyil. Onlar üçün əsas reputasiya və şəffaflıqdır.

Bizim üstünlüyümüz ondadır ki, Fondumuz təkcə bir xəzinə kimi yox, doğrudan da önəmli beynəlxalq təşkilat kimi ölkəmizin imicinə çox müsbət təsir göstərir. Hesab edirəm ki, gələcəkdə dünyanın aparıcı maliyyə qurumları ilə bizim əməkdaşlığımız dərinləşməlidir. Fondun investisiya portfelinin şaxələndirilməsi istiqamətində indi aparılan işlər qənaətbəxşdir. Ancaq həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur. Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq azriskli aktivlərə fikir verməliyik.

İndi Fondun komandası da çox təcrübəlidir, uzun illərdir ki, işləyir. Siz də on ildən çoxdur ki, müavin vəzifəsində işləyirsiniz. Əminəm ki, müsbət dinamika davam etdiriləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram.

İsrafil Məmmədov: Çox sağ olun, çox minnətdaram.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib

Prezident İlham Əliyev yeraltı piyada keçidinin açılışında iştirak edib

Prezident İlham Əliyev 3 generalın istefaya göndərilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib 

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib

Prezident İlham Əliyev Xocalı abidəsini ziyarət edib

İlham Əliyev: "Əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək"

Çin lideri Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib

Prezident İlham Əliyev İqor Ponomaryovu təltif edib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

İlham Əliyev: Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir

İlham Əliyev və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar (FOTO)

İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb

Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib (FOTOLAR)

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub (FOTO)

Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

29 Fevral 2020, 10:20 (GMT +4)
Ərdoğan və Tramp İdlibdəki vəziyyəti müzakirə edib

29 Fevral 2020, 10:20 (GMT +4)
İran ABŞ dövlət katibinin koronavirusa görə «yardım təklifi»nə münasibət bildirib

29 Fevral 2020, 10:13 (GMT +4)
Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır

29 Fevral 2020, 10:00 (GMT +4)
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib

28 Fevral 2020, 19:15 (GMT +4)
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva: Ajiotaj yaratmayın

28 Fevral 2020, 18:17 (GMT +4)
“İrandan gələnləri saxlamasaq, təhlükə mənbəyi olacaqlar” - Yaqut Qarayeva

28 Fevral 2020, 18:12 (GMT +4)
Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib

28 Fevral 2020, 18:05 (GMT +4)
Qərargah: Koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur

28 Fevral 2020, 17:54 (GMT +4)
Bakıda mənzildən qadın meyiti aşkarlanıb

28 Fevral 2020, 17:43 (GMT +4)
İspaniyada koronavirus infeksiyasına yoluxanların sayı 32-yə çatıb

28 Fevral 2020, 17:40 (GMT +4)
General Haftarın ordusu Liviyada 15 türk əsgərinin öldüyünü iddia edib

28 Fevral 2020, 17:32 (GMT +4)
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir

28 Fevral 2020, 17:31 (GMT +4)
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

28 Fevral 2020, 17:20 (GMT +4)
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq

28 Fevral 2020, 17:14 (GMT +4)
Putin və Ərdoğan görüşmək barədə razılıq əldə edib

28 Fevral 2020, 17:03 (GMT +4)
Suriya Ordusu İdlibin cənubunda 5 kəndi radikal qruplaşmalardan azad edib

28 Fevral 2020, 17:00 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşüblər

28 Fevral 2020, 16:45 (GMT +4)
Lavrov İdlibdə öldürülən hərbçilərə görə Türkiyəyə başsağlığı verib

28 Fevral 2020, 16:40 (GMT +4)
Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

28 Fevral 2020, 16:27 (GMT +4)
Gömrük Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

28 Fevral 2020, 16:21 (GMT +4)
“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi baş tutub

28 Fevral 2020, 16:18 (GMT +4)
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək

28 Fevral 2020, 16:18 (GMT +4)
İran İdliblə bağlı tərəfləri təmkinli olmağa çağırıb

28 Fevral 2020, 16:16 (GMT +4)
“Sağlam təhsil” məktəbəhazırlıq qrupları (VİDEO)

28 Fevral 2020, 16:15 (GMT +4)
Kreml Putin və Ərdoğan arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb

28 Fevral 2020, 15:52 (GMT +4)
Nicat Hacızadə: Ötən ay qeyri-neft sektoru üzrə 141 milyon dollar dəyərində ixrac olub

28 Fevral 2020, 15:48 (GMT +4)
Prezident İlham Əliyev: Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib

28 Fevral 2020, 15:40 (GMT +4)
Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28 Fevral 2020, 15:35 (GMT +4)
AB Türkiyəyə qarşı sanksiyaları genişləndirir

28 Fevral 2020, 15:30 (GMT +4)
Ucarda 3 ədəd mina tapılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66