İran və İraq əsas sərhəd keçidini bağlayıblar29 Noyabr 2019, 11:45 (GMT +4) Bakı, 29 noyabr, SalamNews, B.Samid. İraqda gərginliyin artması fonunda İran rəsmiləri iki ölkəni birləşdirən əsas sərhəd keçidinin müvəqqəti bağlandığını bildiriblər.
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İranın İlam əyalətinin qubernatorunun müavini Məhəmməd Nozəri məlumat verib.
İran rəsmisi bildirib ki, İraqdakı son gərginlikləri nəzərə alaraq Mehran sərhəd keçidi müvəqqəti olaraq bağlı qalacaq.
Qeyd edək ki, cari ayın 27-i Nəcəfdə İran konsulluğu iğtişaşçılar tərəfindən yandırılıb.
Daha sonra tanınmış iraqlı alim Seyid Məhəmməd Baqir Həkimin məqbərəsinə də hücum edilib. Nəcəf şəhərində komendant saatı tətbiq edilməsinə baxmayaraq, ötən gün etiraz aksiyaları və toqquşmaların şahidi olub.
|