Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıdakı bəzi uşaq bağçalarında nöqsanlar aşkarlanıb

29 Noyabr 2019, 10:56 (GMT +4)

Bakı, 29 noyabr, SalamNews.Artıq 2 aydan çoxdur ki, Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən aparılan yoxlamalarla bağlı BŞİH-də geniş tərkibli seminar-müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, BŞİH Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Məktəbəqədər Təhsil Müəssisələrinə göstərilən diqqət və qayğıdan danışıb, Bakı şəhərində tikilən və əsaslı təmir olunan uşaq bağçaları barədə məlumat verib.

Daha sonra müşavirədə uşaq bağçalarında sanitar-epidimioloji vəziyyət və bununla bağlı aparılan araşdırmalar müzakirə edilib.

Komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyən edilib, lakin bununla yanaşı bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlanıb. Müşavirədə aşkar edilən nöqsanlar, onların aradan qaldırılması yolları geniş müzakirə edilib. Keçirilən seminar-müşavirədə bağçalarda sanitar epidemoloji vəziyyətin lazımi səviyyədə saxlanılması ilə əlaqədar mütəxəssislər və tibb işçiləri tərəfindən ətraflı izahat verilib.

Toplantıda aşkarlanan nöqsanlarla əlaqədar məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə vəziyyətin qısa müddətdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib və məsələ nəzarətə götürülüb.

Müşavirədə həmçinin bağçalara elektron qəbula keçidlə bağlı məlumat verilib. Bildirilib ki, bu istiqamətdə işlər başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq, sonradan isə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞİH: Yasamaldakı qəzalı binanın sakinləri mənzillərini tərk etməkdən imtina edirlər (FOTO)

BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

BŞİH və ETSN-dən şalıq sarayları və restoranlara xəbərdarlıq edib

Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66