Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Palmali”: Mübariz Mənsimovun adından saxta səhifələr açılıb

28 Noyabr 2019, 09:10 (GMT +4)

Bakı, 28 noyabr, SalamNews.“Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun Azərbaycanın milli maraqları, millətin rifahının daha da yüksəldilməsi istiqamətində gördüyü işlər bəzi xəstə təfəkkürlü, Azərbaycanın əleyhinə olan qüvvələr tərəfindən həmişə narahatlıqla qarşılanıb.

SalamNews xəbər verir ki, bu barədə "Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva bəyan edib.

O bildirib ki, “Palmali Şirkətlər Qrupu”nun prezidenti adına sosial səbəkələrdə saysız-hesabsız hesablar açılıb və bunun qarşısını da almaq qeyri-mümkündür:

"Ötən gün axşam saatlarında, “yalançı” səhifələrdən birində guya Mübariz Mənsimovun Azərbaycanın parçalanması istiqamətində fəaliyyət göstərdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Fəxrəddin Abbasova dəstək verməsi haqqında yazı paylaşılıb. Bunun bizimlə heç bir əlaqəmiz yoxdur. Mübariz Mənsimov heç vaxt Azərbaycana qarşı olanlara dəstək verməyib və verməyəcək. Fəxrəddin Abbasov separatçı, vahid vətənimiz olan Azərbaycanın parçalanması üçün hətta erməni murdarları ilə sıx əməkdaşlıq etməkdən belə çəkinməyən əqidəsiz, satqın, mənliyi olmayan bir məxluqdur. Mübariz Mənsimovu hansısa formada belə adamla əlaqələndirməyin özü bir cinayət əməlidir. Bildiririk ki, bu statusu paylaşan səhifə barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Mübariz Mənsimov hər zaman bəyan edib: “Azərbaycanı parçalamaq istəyən və bu fikrə düşən qarşısında, ilk növbədə, məni görəcək. Mənim vətənim vahid, bütöv Azərbaycandır. Həmişə bu müqəddəs amalla yaşamışam və heç nə, heç kim məni bu yoldan döndərə bilməz”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mübariz Mənsimov 100 tələbəyə təqaüd verəcək (SİYAHI)

Mübariz Mənsimovun yeni gəmisi Əbülfəz Elçibəyin adını daşıyacaq

Mübariz Mənsimov Azərbaycan Prezidentini təbrik edib

Mübariz Mənsimov İlham Əliyevi təbrik edib

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66