Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA “Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirib

27 Noyabr 2019, 15:02 (GMT +4)

Bakı, 27 noyabr, SalamNews. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində silsilə tədbirləri davam etdirir.

SalamNews xəbər verir ki, agentlik tərəfindən 2019-2020-ci tədris ilindən etibarən təhsil, kənd təsərrüfatı və səhiyyə nazirlikləri ilə birgə “Məktəblilər üçün süd” pilot layihəsinə start veriləcək. Layihə çərçivəsində Sabunçu rayonu Pirşağı qəsəbəsi 305 nömrəli orta məktəb, Qaradağ rayonu, Qobu-1 yaşayış massivi 29 və 32 saylı məktəblərdə valideynlərlə görüş keçirilib.

Görüşdə AQTA əməkdaşları iştirakçılara layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatlar çatdırıblar. Pilot layihəyə hazırlıq məqsədilə keçirilən görüşdə AQTA əməkdaşları tərəfindən valideynlərə südün istehlak qaydaları və insan orqanizmi üçün faydaları barədə məlumat verilib.

Bildirilib ki, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən vacib amillərdən biri də onların düzgün qidalanmasıdır. Qeyd olunub ki, gələcək nəsillərin sağlamlığının təmin edilməsi məqsədilə ölkəmizdə həyata keçiriləcək bu layihə ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək.

Sonda valideynlərin sualları cavablandırılıb və onlara övladlarının bu layihədə iştirakı ilə əlaqəli məlumatları özündə ehtiva edən vərəqələri təqdim olunub. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən layihədən öncə və sonra uşaqlardan qan nümunələri götürülərək qanda kalsium və D vitaminin miqdarının müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunması nəzərdə tutulub. Həmçinin südə həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə laktozaya həsasslığın təyin edilməsi planlaşdırılıb.

Qeyd edək ki, “Məktəblilər üçün süd" pilot layihəsinin əsas məqsədi uşaqlara südiçmə vərdişini aşılamaq, vitamin və mineral çatışmazlığından yarana biləcək problemlərini sağlam qidalanma ilə aradan qaldırmaq, onları sağlam qidalanma ilə bağlı maarifləndirmək, eyni zamanda məktəbliləri təzə süd ilə təmin etməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA Qax məktəbliləri ilə görüş keçirib

AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb

AQTA sədri: "Quş qripi" ilə bağlı 12 ölkədən gətirilən məhsullara qadağa qoyulub

AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqlayıb

AQTA koronavurusa qarşı mübarizə tədbirlərini gücləndirib

AQTA koronavirus epidemiyası ilə bağlı sahibkarlara müraciət edib

AQTA və ETSN birgə məlumat yayıb

AQTA “Könüllü Qida Nəzarətçi”lərinin təlimlərinə başlayıb

AQTA ölkəyə quşçuluq məhsulları idxalı edən sahibkarlara müraciət edib

AQTA koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib

AQTA sahibkarlara müraciət edib

AQTA növbəti reyd keçirib

Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

2019-cu ildə AQTA beynəlxalq qurumlarla əməkdaşlığı genişləndirib

AQTA vətəndaşlara çağırış edib

AQTA: Bəzi xəbər saytları ucuz reytinq əldə etmək üçün təhrif edilmiş məlumatlar yayırlar

AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

18 Fevral 2020, 09:54 (GMT +4)
Bəşər Əsəd Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini bildirib

18 Fevral 2020, 09:50 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Fevral 2020, 09:48 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə çatıb

18 Fevral 2020, 09:40 (GMT +4)
Ali məktəblərə qəbul imtahanında dəyişiklik edilib

18 Fevral 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

18 Fevral 2020, 09:21 (GMT +4)
Hələbin beynəlxalq hava limanı yeddi ildən sonra fəaliyyətə başlayır

18 Fevral 2020, 09:20 (GMT +4)
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

18 Fevral 2020, 09:15 (GMT +4)
Pelosi demokratları Trampın yenidən seçilməsinə qarşı birləşməyə çağırıb

18 Fevral 2020, 09:10 (GMT +4)
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

18 Fevral 2020, 09:00 (GMT +4)
AzTU-da "AgroHakathon 2020"yə hazırlıqla bağlı görüş keçirilib

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

17 Fevral 2020, 14:08 (GMT +4)
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

17 Fevral 2020, 13:58 (GMT +4)
"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihə davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66