İordan çayının qərbində İsrail qüvvələri fələstinli etirazçılara güc tətbiq edib, 38 yaralı var26 Noyabr 2019, 17:48 (GMT +4) Bakı, 26 noyabr, SalamNews, B.Samid. Fələstinlilər bu gün işğalda qalan İordan çayının qərb sahilində bir neçə məntəqədə etiraz aksiyaları keçiriblər. İsrail qüvvələrinin müdaxiləsi nəticəsində 38 fələstinli yaralanıb.
SalamNews Fələstin Media Mərkəzinin rəsmi saytına istinadla xəbər verir ki, İsrail qüvvələri Qüdsün şərqində, Beyt-Ləhmdə və Beyt-İl bölgəsində aksiyalar zamanı fələstinli etirazçılara qarşı odlu silahdan, rezin güllələr və su şırnaqlarından istifadə edib.
Ümumilikdə 38 fələstinli yaralanıb.
Qeyd edək ki, fələstinlilər Mayk Pompeonun İordan çayının qərbində salınan yəhudi yaşayış massivlərilə bağlı mövqeyinə və 3 ildir İsrail həbsxanalarında xəstə yatan və bu gün xəstəlikdən vəfat edən Sami Abu-Dayyaka görə aksiya keçiriblər.
Xatırladaq ki, İordan çayının qərb sahili 1967-ci ildə İsrail tərəfindən işğal edilib. İsrail həmin tarixdən indiyədək bölgədə 80-dən çox təhudi yaşayış massivi salıb. Beynəlxalq ictimaiyyət bu massivlərin salınmasını qeyri-qanuni bilsə də ABŞ dövlət katibi Mayk Pompeo ötən həftə onların qanunsuz olmadığını dilə gətirib.
|